Bu nazirlik 10 tələbə qızı himayəsinə götürdü
15:50
| Ana səhifə Gündəm |
|
Bizim vəzifəmiz sülh sazişini mümkün qədər tez imzalamaqdır.
Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Sazişin imzalanmasını 2031-ci ilə, hətta 2029-cu ilə qədər təxirə salmaq planlarımıza daxil deyil. Bu, sadəcə, müəyyən vaxt tələb edən bir prosesdir”, - o bildirib.
Paşinyan Azərbaycanla sülh sazişinin 2027–2028-ci illərdə imzalanacağını qeyd edib: “Çətin ki, bu il çatdıraq”.
Qeyd edək ki, bundan öncə Paşinyan sülh sazişinin bağlanmasının 2031-ci ilə qədərki hədəfləri sırasında olduğunu açıqlamışdı. Bu isə Ermənistanın sülh sazişini 5 il gecikdirmək istədiyi kimi anlaşılmışdı.
|
Tarix
2026.10.22 / 15:37
|
Müəllif
Zeynəb Əkbər
|