Yuxarı

Mumiyanın qarnından Homerin poeması çıxdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mumiyanın qarnından Homerin poeması çıxdı

Dünya mediasında yayılmış bir xəbər doğurduğu təəccüblə geniş əks-səda yaradıb. Barselona Universitetinin alimləri Misirdə 1600 il əvvələ aid mumiya məzarından həmin tarixdən 12 əsr qabaq yaşamış yunan şairi Homerin məşhur “İliada” poemasından bir hissənin yazıldığı papirus aşkar ediblər.

Kult.az Xalqqazeti.az-a istinadla xəbər verir ki, mumiyanın dəfn edildiyi IV əsrdə Misir Roma imperiyasının əyaləti olub. Yunan dilində yazılmış papirus mumiyanın qarın boşluğunda gizlədilib. İspan alimləri mumiyalarla bağlı belə hadisəyə ilk dəfə rast gəlindiyini bildiriblər.

Professor İqnasi-Xavyer Adieqo qeyd edib ki, arxeoloqlar hələ XIX əsrdə mumiyanın aşkar edildiyi Oksirinxus ərazisində məktub və ədəbi əsərlər də daxil olmaqla, yunan və latın mətnləri yazılmış minlərlə papirus tapıblar. Lakin mumiyanın içərisində ədəbi əsərin olması yeni tapıntıdır.

Alimlər mumiyaya məhz “İliada” mətninin niyə qoyulduğuna cavab axtarırlar. Mərhumun bu əsəri çox sevməsi ehtimal olunur. Məzara mis və qızıldan hazırlanmış dil fiqurlarının qoyulması isə mumiyanın axirətdə tanrılarla danışa bilməsi mənasına gəlir.

Tarix
2026.05.01 / 16:15
Müəllif
Kult.az
Digər xəbərlər

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla