Yuxarı

Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino

Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı son 120 ildə həyata keçirilən ən uğurlu layihədir.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu Canni İnfantino prezidenti olduğu FIFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.

O, 189 ölkənin qatıldığı turnirin unudulmaz təcrübə olduğunu bildirib:

"Bütün 211 ölkə dəvət olunmuşdu, onlardan 189-u Bakıya gələrək yarışda iştirak etmək qərarına gəldi. Onların hamısı unudulmaz anlar yaşadılar. Futbol hər kəs üçündür. Bütün istedadlar dünya çempionatında oynaya bilməlidir. Ölkənin böyük və ya kiçik, varlı və ya kasıb, uzaq və ya yaxın olması vacib deyil. Hər kəs bu şansa layiqdir". Ali futbol qurumunun rəhbəri komandaların eyni şəhərcikdə məskunlaşdığını vurğulayıb: "Dil bilmədən də ünsiyyət qurdular. Bütün iştirakçılar eyni şəhərcikdə qalırdılar. Mən də orada idim və onlarla həmsöhbət oldum. 14-15 yaşlı oğlanlar ətrafına sevinc və sevgi paylayırdılar. Bu təcrübəni bütün həyatları boyu özləri ilə daşıyacaqlar. FIFA nöqteyi-nəzərindən son dərəcə xoşbəxtəm. Düşünürəm ki, bu, son 120 ildə FIFA-nın gördüyü ən yaxşı işdir".

Qeyd edək ki, Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının finalında İspaniya Çexiyanı 3:0 hesabı ilə üstələyərək turnirin qalibi olub.

Tarix
2026.10.31 / 14:44
Müəllif
Axar.az
Digər xəbərlər

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla