Yuxarı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Anadolu Agentliyinin (AA) İdarə Heyətinin sədri və baş direktoru Sərdar Qaragöz Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən Ankaradakı bir oteldə təşkil edilən "Türk Dünyası Dialoq Forumu" çərçivəsində keçirilən "Türk dünyasında media əməkdaşlığı: Birlikdən qlobal təsirə" adlı sessiyada çıxış edib.

Axar.az xəbər verir ki, Sərdar Qaragöz geniş çıxışında Azərbaycanla münasibətlərdən ayrıca bəhs edib.

“Türkiyə və Azərbaycan iki qardaş ölkədir! Bu gerçəklik və yeni durum dostları sevindirsə də, Türk dünyasındakı bu hərəkətlilikdən narahat ola, bu birliyi təhdid olaraq görə biləcək aktorlar da var. Türk Dövlətləri Təşkilatının potensialını görənlər onu daşlar yerinə oturmadan, yolun başlanğıcında ikən zəiflətmək üçün əlbəttə ki, fərqli yollara baş vura bilərlər. Burada ən sıx baş vurulan yol dezinformasiyadır, qardaş ölkələrin arasını açmaq cəhdidir.

Biz artıq bu cür səylərin nümunələrini görməyə başlamışıq. Məsələn, Türkiyə və Azərbaycan iki qardaş xalqdır. Ancaq üçüncü tərəflər və üçüncü tərəflərdəki bəzi ölkələr və bu ölkələr içindəki bəzi qruplaşmalar tərəfindən bu qardaşlığa zərbə vurmaq üçün cəhdlər yoxdurmu? Türkiyə və Azərbaycan xalqları arasındakı dostluğu pozmağa yönəlmiş addımlar atılmırmı?

Müəyyən məsələləri müzakirə etmədən həll edə bilmərik. Elə isə gəlin danışaq. Bu iki ölkə xalqını bir-birinə qarşı qoymağa çalışanlar var. Və bunlar bu coğrafiyada, bu bölgədə bizim türk dünyası xaricindəki ölkələrdir. Söhbət bir ölkədən getmir, bir neçə ölkə var. Münasibətlərimizə zərər vurmaq və hüzurumuzu pozmaq üçün nifaq toxumları səpənlər mövcuddur.

Media olaraq bizim məsuliyyətimiz bu qardaşlığa töhfə vermək, cəmiyyətlərimiz arasındakı bağları gücləndirmək, bir-birimizi daha yaxşı anlamaq və ortaq gələcəyimizlə bağlı əlaqələr üçün möhkəm təməl yaratmaqdır”, - o qeyd edib.

Tarix
2026.10.31 / 13:30
Müəllif
Samir Soltanov
Digər xəbərlər

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla