Yuxarı

“Barselona” “El-Klassiko”dan rekord gəlir əldə etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Barselona” “El-Klassiko”dan rekord gəlir əldə etdi

İspaniya La Liqasının 10-cu turunda keçirilən “Barselona” - “Real” (1:2) qarşılaşması Kataloniya klubunun ev stadionu “Kamp Nou”nun tarixində ən çox gəlir gətirən oyun olub.

Axar.az Qol.az-a istinadla xəbər verir ki, Kataloniya təmsilçisi yalnız bilet satışından 19,1 milyon avro qazanıb. Bundan başqa, həftəsonu ərzində klubun rəsmi mağazasının satışlarından əldə etdiyi gəlir 1,5 milyon avro təşkil edib.

“Barselona” “El-Klasiko” ərəfəsində ilk bilet partiyasını satışa çıxarıb. Bu biletlər yalnız klub üzvləri üçün nəzərdə tutulub. Bu biletlərinin qiyməti minimum 315 avro olub. Klub üzvlərinə isə 5 faiz endirim tətbiq edilib.

İlk bilet partiyası dərhal satıldıqdan sonra biletlər geniş ictimaiyyət üçün də satışa çıxarılıb. Bu mərhələdə ən ucuz biletin qiyməti 1000 avrodan baha olub. Həmin biletlər də qısa müddətdə tükənib.

Qeyd edək ki, “Barselona” - “Real” qarşılaşmasını 62 055 azarkeş stadiondan izləyib

Tarix
2026.10.31 / 11:17
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla