Yuxarı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib.

Axar.az xəbər verir ki, “Türk əsri: Dildə, fikirdə və əməldə birlik” şüarı altında təşkil olunan zirvədə Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr (TDT-də müşahidəçi üzv) prezidentləri iştirak ediblər. Tədbirdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edib.

Sammitdə ilk olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

“Türkiyə sədrliyi Azərbaycandan təhvil alır. Təşkilatımızın bu günə qədər qazandığı institusional təcrübəni yeni nailiyyətlərə çevirməyi hədəfləyirik. Qarşıdakı dövrü Türk əsri elan edəcəyik”, - deyə Türkiyə prezidenti bildirib.

Sonra TDT-də dönəm başqanlığını həyata keçirən Azərbaycan adından XİN başçısı Ceyhun Bayramov çıxış edib.

Çıxışının sonunda nazir Ceyhun Bayramov Azərbaycanın sədrliyi dövründə göstərdikləri dəstəyə görə üzv dövlətlərə təşəkkür edib, Türkiyəyə sədrliyi müddətində uğurlar arzulayıb.

Özbəkistan Prezidenti Şövkət Mirziyayev TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə və türk xalqlar arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

TDT-nin strateji məqsədlər ətrafında daha da birləşməli olduğunu qeyd edən Özbəkistan prezidenti, türk həmrəyliyi üçün bütün qüvvələrini səfərbər etməyə hazır olduqlarını vurğulayıb.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın TDT sədrliyi dövrünü yüksək qiymətləndirib. Bildirib ki, rəsmi Bakının sədrliyi dövründə təşkilat daxilində əməkdaşlığın inkişafına və birgə təşəbbüslərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verilib.

Prezident Qasım-Jomart Tokayev öz növbəsində Qazaxıstan ilə Azərbaycan arasında Transxəzər fiber-optik rabitə xəttinin açıldığını və digər türk dövlətlərinin də layihədə iştirak edə biləcəyini bildirib.

Qazaxıstanın tranzit potensialını artırmaq üçün xüsusi proqram həyata keçirdiyini bildirən Tokayev, Orta Dəhliz boyunca logistika infrastrukturunun və dəniz limanlarının modernləşdirilməsinin ölkəsinin prioritetləri arasında olduğunu vurğulayıb.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov türk dövlətləri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə çağırıb.

O qeyd edib ki, Türkmənistan türk dövlətləri ilə dostluq münasibətlərinin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verir və TDT-yə qarşılıqlı etimadı, səmərəli əlaqələrin inkişafını və qardaş ölkələr arasında praktiki əməkdaşlığı təşviq edən mühüm bir təşkilat kimi baxır.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Ərhürman Kipr adada problemlərin uzunmüddətli və ədalətli həlli istiqamətində bütün tərəflərlə danışıqlar aparmağa hazır olduqlarını bildirib.

Sammitdə TDT-nin Baş katibi vəzifəsini başa vuran Kubanıçbek Ömüralıyevə (Qırğızıstan) minnətdarlıq ifadə olunub, yeni Baş katib Mirvahid Əzimovun (Özbəkistan) təyinatı təsdiqlənib.

Sammitin sonunda Türk Dövlətləri Təşkilatı 13-cü zirvə görüşünün birgə bəyannaməsi (Ankara bəyannaməsi) imzalanıb. 163 maddəlik bəyannamədə regional əlaqə və müdafiə sənayesindən ortaq əlifba və nəqliyyat dəhlizlərinə qədər geniş sahədə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanır.

Tarix
2026.10.30 / 22:36
Müəllif
Axar.az
Digər xəbərlər

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla