Yuxarı

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Azərbaycanın Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze oktyabrın 30-da Tiflis şəhərinin mərkəzində Kür çayının sahilində yerləşən, “PASHA Real Estate Group” tərəfindən inşa edilmiş 5 ulduzlu "ART Riverfront Hotel Tbilisi"nin açılışında iştirak ediblər.

Bu barədə Axar.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, müasir memarlıq üslubunda inşa olunan və ümumi sahəsi 1 hektar olan kompleksə otel binası, eləcə də ofis sahələri daxildir.

Oteldə müxtəlif kateqoriyalara aid 152 otel otağı və 4 iclas zalı mövcuddur. Burada qonaqların rahatlığı üçün müasir xidmət infrastrukturu, o cümlədən müxtəlif konsepsiyalara malik restoranlar fəaliyyət göstərir.

"ART Riverfront Hotel Tbilisi" “PASHA Real Estate Group”un Gürcüstandakı daşınmaz əmlak layihəsidir. Şirkət Azərbaycanda və beynəlxalq bazarlarda hotelçilik, yaşayış, ticarət və çoxfunksiyalı daşınmaz əmlak layihələrinin inkişafı istiqamətində fəaliyyət göstərir.

Tarix
2026.10.30 / 19:07
Müəllif
Axar.az
Digər xəbərlər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

AXCP sədri onların əlaltısıdır... - Deputat

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla