Yuxarı

Tokayevdən Azərbaycanla bağlı çağırış

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tokayevdən Azərbaycanla bağlı çağırış

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrini Qazaxıstan və Azərbaycan arasında işə salınmış Transxəzər Fiber-Optik Kabel Xəttinin imkanlarından istifadə etməyə çağırıb.

Axar.az Report-a istinadla xəbər verir ki, o, bu barədə TDT-nin Ankarada keçirilən sammitində çıxışı zamanı bildirib.

"Bu yaxınlarda (15 oktyabr - red.) Qazaxıstan və Azərbaycan arasında Transxəzər Fiber-Optik Kabel Xətti istifadəyə verilib. Türk dövlətləri də bu unikal layihənin imkanlarından yararlana biləcəklər", - Tokayev deyib.

O həmçinin təşkilat iştirakçılarını Kibertəhlükəsizlik Şurasının, eləcə də rəqəmsal monitorinq və innovasiya mərkəzlərinin yaradılması üzrə təşəbbüslərin reallaşdırılmasını sürətləndirməyə çağırıb.

"Şübhəsiz ki, bu layihələr ölkələrimizin rəqəmsal sahədə tərəfdaşlığının daha da genişləndirilməsinə töhfə verəcək", - Qazaxıstan lideri bildirib.

Tokayev, eyni zamanda 2027-ci ildə Qazaxıstanda türk ölkələrinin işgüzar forumunun keçirilməsini təklif edib.

"İqtisadi inteqrasiyanı dərinləşdirmək üçün Türk Ticarət və Sənaye Palatasının imkanlarından istifadə etmək lazımdır. Qazaxıstanın bu qurumda sədrliyi dövründə bir sıra tədbirlər keçirilib və mühüm sənədlər hazırlanıb. Bu işə əlavə təkan vermək üçün 2027-ci ildə ölkəmizdə işgüzar forum keçirmək olar", - Qazaxıstan prezidenti əlavə edib.

Xatırladaq ki, Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə çəkilən fiber-optik rabitə kabeli hər iki ölkənin rəqəmsal infrastrukturunu birləşdirən əhəmiyyətli layihələrdən biridir. Bu xətt məlumat ötürülməsi sürətinin artırılmasına və regional rəqəmsal konnektivliyin təmin edilməsinə yönəlib.

Tarix
2026.10.30 / 16:47
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Bayramovu qəbul etdi

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

AXCP sədri onların əlaltısıdır... - Deputat

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

Bayramov Ankarada Zəngəzur dəhlizindən danışdı - Foto

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

Bakı Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan...

Azərbaycansız keçinə bilmərik - Razuvayev

Azərbaycan-Gürcüstan sənədləri imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla