Yuxarı

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

Özbəkistan Prezidenti Şövkət Mirziyayev türkdilli xalqlar arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə və Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Axar.az Trend-ə istinadla xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Mirziyayev bu barədə Ankarada keçirilən TDT-nin sammitində çıxışı zamanı bildirib.

“Türk xalqları arasında qardaşlıq bağlarının möhkəmləndirilməsi və münasibətlərimizin yeni səviyyəyə yüksəldilməsi istiqamətində Təşkilata sədrliyi dövründə Azərbaycanın gördüyü mühüm işlərə görə Azərbaycan Respublikasının Prezidenti, hörmətli cənab İlham Heydər oğlu Əliyevə dərin minnətdarlığımı bildirirəm”, - deyə o qeyd edib.

Mirziyayev beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, geosiyasi rəqabətin kəskinləşməsi və türk dünyasını əhatə edən regionlarda silahlı münaqişələrin fonunda türk dövlətləri arasında əməkdaşlığın əhəmiyyətinin artdığını vurğulayıb.

Onun sözlərinə görə, qonşu regionlarda qeyri-sabitlik təkcə təhlükəsizlik üçün deyil, həm də ticari-iqtisadi və nəqliyyat əlaqələri, eləcə də inkişaf perspektivləri üçün risklər yaradır.

Özbəkistan prezidenti zəngin təbii ehtiyatlara və əhəmiyyətli iqtisadi potensiala malik ölkələri birləşdirən TDT-nin qlobal inkişaf, qarşılıqlı etimad və praktiki tərəfdaşlıq üçün nüfuzlu platformaya çevrildiyini vurğulayıb.

O, həmçinin ümumi strateji məqsədlərə nail olmaq və türk dövlətlərinin beynəlxalq arenada maraqlarını irəli aparmaq üçün Təşkilata üzv dövlətləri daha sıx əməkdaşlığa çağırıb.

Tarix
2026.10.30 / 16:19
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

AXCP sədri onların əlaltısıdır... - Deputat

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

Bayramov Ankarada Zəngəzur dəhlizindən danışdı - Foto

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

Bakı Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan...

Azərbaycansız keçinə bilmərik - Razuvayev

Azərbaycan-Gürcüstan sənədləri imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla