Yuxarı

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Rusiyanın Türk Dövlətləri Təşkilatına üzv qəbul olunmasını və ya müşahidəçi statusunda qoşulmasını təklif edib.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq Qazaxıstan liderinin təklifini bir neçə amillə əsaslandırdığını qeyd edib:

“Birincisi, Tokayev Rusiyanın böyük dövlət olduğunu və əsrlər boyu Türk dünyası ilə sıx əlaqələr saxladığını vurğulayıb. İkincisi, Tokayev Rusiya ərazisində tarixən çoxsaylı türk xalqlarının nümayəndələrinin yaşadığını bildirib. Üçüncüsü, Tokayev rus dilində türk mənşəli xeyli sözün olduğunu söyləyib. Qazaxıstan prezidenti ümumilikdə Rusiyanın türk dövlətlərinin bir hissəsinə çevrilməsinin təşkilata fayda gətirəcəyini iddia edib. Bu faydanın nədən ibarət olduğu aydınlaşmayıb.

Bəli, Rusiyada türkdilli xaqlar yaşayır və onların sayı milyonlarladır. Ancaq Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirdiyi və türk dövlətlərinin tamamı Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi halda Rusiyanın Türk Dövlətləri Təşkilatına üzvlüyü təşkilatın nüfuzuna zərər verər. Rusiyada türk xalqları yaşadığı kimi, Ukraynada da türk mənşəli insanların sayı az deyil. Bu halda Ukraynanın da Türk Dövlətləri Təşkilatına üzvlüyü irəli sürülməlidir. Ancaq indiki şərtlər altında işğalçı ilə işğala məruz qalan ölkənin Türk Dövlətləri Təşkilatına üzvlüyü real deyil. Belə olan halda Rusiyanın təşkilata üzvlüyü, hətta müşahidəçi statusunda qatılması gələcək illərə saxlanılmalıdır. Kreml Ukraynaya qarşı işğalçı müharibəyə başlamasaydı, Rusiyanın üzvlüyü mümkün ola bilərdi. Ancaq nə qədər ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirir, bu dövlətin təşkilata qoşulması heç kimə faydalı deyil. Təsadüfi deyil ki, Tokayevin Rusiya ilə bağlı təklifi toplantıda iştirak edənlər tərəfindən dəstəklənməyib”.

Tarix
2026.10.30 / 21:22
Müəllif
Axar.az
Digər xəbərlər

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla