Yuxarı

Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 24 saat ərzində amerikalı həmkarı Donald Trampla 2 dəfə danışması diqqət çəkib.

Axar.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Mehmet Acet yazıb.

O qeyd edib ki, 29 Oktyabr – Cümhuriyyət Günü və Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü münasibətilə təşkil olunan şam yeməyi və konsert proqramı üçün Beştəpə sarayında idik:

“Ərdoğan bir müddət sonra mərasim zalından ayrıldı. Bunun səbəbini soruşanda mühüm bir xəbər aldıq. Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparmaq üçün bir müddətliyə otaqdan çıxmışdı. Diqqətçəkən məqam odur ki, bu danışıq iki lider arasında 24 saat ərzində baş tutan ikinci telefon danışığı idi. Görünür, ilkin görüşdə gündəmdə olan bir mövzu ilə bağlı əlavə müzakirəyə ehtiyac yaranıb və nəticədə qarşı tərəf əlaqə saxlayıb. Tramp və Ərdoğan arasındakı ikinci telefon danışığının vaxtına nəzər saldıqda, bunun Türkiyədə axşam, Vaşinqtonda isə günorta saatlarına təsadüf etdiyini görürük. Həmin gün – ehtimal ki, Trampın qrafikində köməkçiləri ilə müzakirələr yer alıb və onlar İranla bağlı əməliyyat variantlarını nəzərdən keçiriblər.

İndi belə bir reallıq var: Bir müddətdir ki, ABŞ və İsrail tərəfindən İrana qarşı mümkün, genişmiqyaslı hücumla bağlı müzakirələr gündəmdədir. Əvvəlki təhdidlərlə müqayisədə daha qısa müddətli olacağı ehtimal edilən bu hücum mülki infrastruktura, o cümlədən elektrik stansiyalarına ciddi ziyan vura biləcək gücə malikdir. Məlumdur ki, ABŞ bu variantı hələ də masada saxlayır və söhbət 3 noyabrda keçiriləcək aralıq seçkiləri ilə əlaqəli bir zaman çərçivəsindən gedir. Məhz belə bir şəraitdə Ankaranın – həm ikitərəfli kanallar vasitəsilə, həm də Məkkə Sazişindəkı tərəfdaşları ilə koordinasiyalı şəkildə – bu əməliyyatın qarşısını almaq üçün ciddi səylər göstərdiyi ortaya çıxır.

Ehtimal etmək olar ki, Tramp İrana qarşı mümkün əməliyyat variantları ilə bağlı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanından məlumat aldıqdan sonra həmin gün Prezident Ərdoğanla əlaqə saxlayaraq, belə bir əməliyyatın qarşısının hansı şərtlər daxilində alına biləcəyini müzakirə etmiş ola bilər. Belə bir təəssürat yaranır kı, yaxın müddətdə hansısa ciddi bir gedişatın elanını görə bilərik”.

Xatırladaq ki, hər iki ölkə prezidenti arasında oktyabrın 28-29-da telefon danışıqları baş tutub.

Tarix
2026.10.31 / 12:17
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla