Yuxarı

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Ayıq-sayıq olaq! Bütün dünya xainləşib. İran, Rusiya və Ermənistanın agentləri açıq-açkar, İsrail casusları isə gizli şəkildə sayın İlham Əliyevə hücum edir. Demək ki, TÜRK-ün birlik və bərabərlik içində olmasından bütün dünya narahatdır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin hakim koalisiyasının (AKP-MHP) adını daşıyan “Cümhur İttifaqı” səhifəsi Feysbuk hesabında paylaşıb.

“Vay, əfəndim, “TDT-nin (Türk Dövlətləri Təşkilatı) Ankaradakı zirvəsinə nədən qatılmamış”, “yox gələ bilməzmiş” və s... İftiranın mini bir qəpik! Sayın Əliyev həyatında nə İsrailə səfər edib, nə də Ağlama Divarını görüb. Hamısı eyni ağızdan saldırır, acımasızca iftira atır. Halbuki bizim dinimizə görə iftira ən böyük haramlardan biridir!

Sayın Əliyev Ankaraya gəlmək istəsə, sizdənmi soruşacaq? Bura onun öz yurdu, öz vətənidir! İçimizdəki “müsəlman” sifətli İran casusları, “türk” sifətli erməni, rus və İsrail yandaşları, səlibçi zehniyyətinin qalıqları – "altıncı kolon" kimi fəaliyyət göstərərək araya nifaq salmağa çalışırlar.

Daha öncə də bir yazımda qeyd etmişdim: Ötən ilə Şuşadakı TDT Zirvəsinə sayın Cümhurbaşqanımız Rəcəb Tayyib Ərdoğan qatıla bilmədi, yerinə vitse-prezident Cövdət Yılmazı göndərdi. Yaxın tarixdə Bakıda CİCA Zirvəsinə də xarici işlər nazirimiz Hakan Fidanı göndərdi. Dövlət idarəçiliyində bu cür diplomatik görəvləndirmələr qayət normaldır.

Bütün bunları niyə yazırıq? Sizi yuxudan bir az da olsa oyatmaq və oynanılan oyunları görməyiniz üçün! İndi hər zamankından daha çox birlik və həmrəyliyimizi nümayiş etdirməyin vaxtıdır. Fitnəyə yol verməyək; ayıq-sayıq olaq!

Bir millət, iki dövlət!”, - yazıda qeyd olunub.

Tarix
2026.10.31 / 12:56
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla