Yuxarı

“Zirvəyə ucalan ömür” adlı konsert proqramı keçirildi - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Zirvəyə ucalan ömür” adlı konsert proqramı keçirildi - Foto

Artıq ənənə halını alan “Zirvəyə ucalan ömür” adlı konsert proqramımız ikinci ildir ki, davam edir. Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə və eyni zamanda anadan olmasının ildönümünə həsr olunan bu tədbiri məktəbimiz xüsusi ehtiramla qeyd edir. Silsilə tədbirlərimiz çərçivəsində mədəniyyətimizin və dövlətçiliyimizin keşiyində dayanan Ulu Öndərin xatirəsini əbədiləşdirmək, bu dahi şəxsiyyətin mahiyyətini və xalqımız üçün gördüyü misilsiz işləri gənc nəsilə aşılamaq mədəniyyət işçisi kimi mənim də borcumdur.

Kult.az Teleqraf-a istinadla xəbər verir ki, bu sözləri Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Zirvəyə ucalan ömür-2” adlı konsertdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Könül Hüseynova deyib.

Könül Hüseynova vurğulayıb ki, məktəbin şagirdləri Ulu Öndərin xatirəsinə həsr olunan bu tədbirdə böyük həvəslə iştirak edirlər:

“Konsert proqramında əsasən Ulu Öndərin sevdiyi musiqi nümunələri repertuara daxil edilib. İlk nömrədə azyaşlı sinif şagirdlərinin xor ifasında gözəl bir kompozisiya təqdim olundu. Daha sonra kamera orkestri, xalq çalğı alətləri ansamblı, eyni zamanda məktəbin istedadlı şagirdlərinin solo ifaları ilə tədbirimiz daha da zənginləşəcək.

Həmçinin rəssamlıq şöbəsinin istedadlı şagirdlərinin əl işləri də nümayiş etdirilir. Mən Ulu Öndərin xatirəsinin bu şəkildə yaşadılmasından və xalqımızın mədəni yaddaşında əbədiləşdirilməsindən böyük qürur duyuram”.

Tarix
2026.05.09 / 10:26
Müəllif
Kult.az
Digər xəbərlər

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzər dənizini qorumaq vacibdir - Prezident

Prezident "Avaza" Kompleksində milli stendlərə baxdı - Foto

Əliyev Putin və Berdiməhəmmədovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla