İsmayıllı-Lahıc yolunda uçqun baş verdi - Video
22:29
| Ana səhifə Hadisə |
|
İsmayıllı-Lahıc avtomobil yolunda qaya uçqunu baş verib.
Axar-ın Oxu.az-a istinadən məlumatına görə, yolun dağlıq ərazidən keçən hissəsində iri qaya parçaları qoparaq magistrala tökülüb. Nəticədə hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Yolun qaya parçaları və daşlardan təmizlənməsi üçün əraziyə səhər saatlarında ağır texnika cəlb olunub.
Hazırda yolun yenidən istifadəyə verilməsi məqsədilə təmizləmə və bərpa işləri aparılır.
|
Tarix
2026.11.17 / 22:29
|
Müəllif
Axar.az
|