Yuxarı

Gürcüstan kanalında "Şən Azərbaycan" mahnısı - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstan kanalında "Şən Azərbaycan" mahnısı - Video

Gürcüstanın Birinci kanalında yayımlanan “Ranina” uşaq müsabiqəsinin IX mövsümündə Azərbaycan mahnısı təqdim olunub.

Kult.az APA-ya istinadən xəbər verir ki, müsabiqənin üçüncü mərhələsində 10 yaşlı iştirakçı Zurab Naskidaşvili Azərbaycanın xalq artisti Polad Bülbüloğlunun reperturarından olan "Şən Azərbaycan" mahnısını ifa edib.

Azərbaycan dilində ifa alqışlarla qarşılanıb. Münsiflər heyətinin bütün üzvləri ifanı bütün göstəricilər üzrə 10 xalla qiymətləndiriblər.

Qeyd edək ki, “Ranina” vokal müsabiqəsində 8 yaşdan 14 yaşadək ifaçılar yarışır. Müsabiqənin bir mərhələsində iştirakçılar xarici ölkələrin populyar mahnılarını təqdim edirlər. Yarışmanın qalibi Gürcüstanı builki “Avroviziya” Uşaq Mahnı Müsabiqəsində təmsil etmək hüququ əldə edəcək.

Xatırladaq ki, "Şən Azərbaycan" Polad Bülbüloğlunun "Ranina" müsabiqəsində ifa olunan ikinci mahnısıdır. Belə ki, müsabiqənin V mövsümündə Oto Bazeraşvili Polad Bülbüloğlunun “Aman, aman ayrılıq” mahnısı ilə çıxış edib.

Sonrakı mövsümlərdə “Laçın” xalq mahnımız, “Tez gəl” (Yar gəlir görüşə) mahnıları oxunub.

Tarix
2026.05.03 / 00:26
Müəllif
Kult.az
Digər xəbərlər

Əliyevdən Trampa: Buna əminəm...

Bu xartiya ABŞ-la əlaqələri yeni pilləyə qaldırdı - Prezident

İlham Əliyev Donald Trampı bu sözlərlə təbrik etdi

Azərbaycanda Milli Qurtuluş Günüdür

Prezidentdən 15 iyunla bağlı paylaşım

Mehriban Əliyeva Qurtuluş Günü ilə bağlı bu paylaşımı etdi

Hikmət Hacıyev Ermənistana necə gedib?

Hikmət Hacıyev Ermənistanda gəzintiyə çıxdı - Video

Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı

Vatikanın yüksək səviyyəli rəsmiləri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla