Yuxarı

Bu stansiyalarda pulsuz vay-fay olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabahdan Azərbaycan Dəmir Yolları QSC (ADY) bir sıra vağzal və stansiyalarda ödənişsiz vay-fay şəbəkəsi təqdim edəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

Onun sözlərinə görə, artıq sərnişinlər Bakı, Koroğlu, Bakıxanov, Sabunçu, Pirşağı, Sumqayıt, Goran, Gəncə, Ağstafa və Qəbələ stansiyalarında bu xidmətdən yararlanaraq gözləmə vaxtını daha səmərəli keçirə bilərlər:

"Bundan başqa, ADY sərnişinlərin ölkədaxili səfərlər zamanı internetdən istifadəsini asanlaşdıraraq oktyabr ayından etibarən qatarlarda ödənişsiz vay-fay şəbəkəsi istifadəyə verir. Səyahət boyu sərnişinlərin əlaqə və əyləncə ehtiyaclarını qarşılayan bu xidmət işgüzar əlaqələr üçün də səyahət rahatlığını və məmnuniyyətini əhəmiyyətli dərəcədə artırır. Sərnişinlər yolda olduqları müddətdə e-poçtlarını yoxlaya, müzakirələrə qoşula və təqdimat hazırlaya bilərlər. Həmçinin sərnişinlər səyahət zamanı onlayn kitabxanalara daxil ola, sevdikləri e-kitabları və bloq yazılarını oxuya bilərlər. Bu, onların səyahət müddətini daha faydalı keçirməsinə kömək edəcək. Hələ ki ödənişsiz vay-fay şəbəkəsi bir həftə test rejimində çalışacaq".

Bununla yanaşı, xidmətin keyfiyyətli qurulmasını təmin etmək baxımından ADY ölkənin hər 3 mobil operatoru ilə müzakirələri yekunlaşdırıb. Razılaşmaya əsasən, Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə monitorinqlər aparılıb və sözügedən marşrutlar üzrə mobil rabitənin dayanıqlı təminatı üçün operator şirkətlər tərəfindən tədbirlər planı həyata keçiriləcək.

Tarix
2024.09.23 / 17:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Gürcüstanda hərbçilərin komanda təlimi başladı - Foto

MM-in İntizam və Hesablayıcı komissiyaları formalaşdırıldı

Parlament azlığına buna görə vəzifələr verildi - Ekspert

Donbasdan qayıdıb Bakı-İrəvan müzakirəsinə “qoşuldu”

İlham Əliyev Pezeşkiana məktub göndərdi

Prezidentdən bu universitetlə bağlı sərəncam

Bundan sonra da geriyə heç bir addım olmayacaq - Əliyev

Təcili: JF-17 qırıcısı Azərbaycan səmasında - Video

İlham Əliyev Cəmşid Xocayevi qəbul etdi

Rusiya bu sursat sistemini Bakıya gətirir

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla