Yuxarı

Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy

Hələb istiqamətində hücumlarını artıran silahlı qruplar Türkiyənin dəstəklədiyi müxaliflər deyil, “Əl-Qaidə” əsaslı terror təşkilatı olan “Heyət Təhrir əş-Şam”dır. Türkiyə isə 2018-ci ildə bu qrupu rəsmi qəzetində terror təşkilatı elan edib və indiyə kimi də qərar dəyişməyib.

Bu sözləri Axar.az-a türkiyəli hərbi ekspert Ünal Atabəy Suriyada baş verən son hadisələri şərh edərkən deyib.

Onun sözlərinə görə, “Təhrir əş-Şam”ın başqa qüvvələrin nəzarətində olduğu düşünülür:

“Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu/Azad Suriya Ordusu (SMO/ASO) daxilində Türkiyə-Suriya danışıqlarını istəməyən və bu səbəblə uzaqlaşdırılan qruplar da mövcuddur. Bütün bunlar Türkiyənin dəstəyindən kənar baş verən hadisələrdir. “Təhrir əş-Şam”ın ABŞ-ın nəzarətində olduğu düşünülür. Əslində, onların İdlib/Suriya həbsxanalarından çeçen döyüşçüləri Ukraynaya köçürdükləri və bunun müqabilində ABŞ-Ukrayna xəttindən silah və sursat aldıqları barədə məlumatlar var”.

Ekspert bildirib ki, yaxın günlərdə bu qüvvələrin irəliləməsinin qarşısı alınacaq:

“Təəssüf ki, burada ABŞ-ın dəstəklədiyi düşünüldüyü “Təhrir əş-Şam”ı digər terror təşkilatı olan YPG/PKK ilə qonşu etmək istəyirlər. Yəni İran dəstəkli milis qruplarının Livana qədər olan yollarını bağlamaq istəyi də bu planın bir hissəsi kimi dəyərləndirilə bilər. Böyük ehtimalla, yaxın günlərdə Rusiya Suriya ordusu ilə birlikdə müdaxilə edərək, “Təhrir əş-Şam”a qarşı əməliyyat keçirəcək”.

Qeyd edək ki, bundan öncə “Təhrir əş-Şam”ın Hələbə hücum etdiyini bildirilib. "Təhrir əş-Şam"ın "türkiyəyönlü qruplarla birgə" hərəkət etdiyi iddiasını isə yalnız rus mediası tirajlayır.

Tarix
2024.11.28 / 14:36
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Solovyovun it kimi hürməsi... - Rubinyan

Bu ölkə səfirləri İran XİN-ə çağırıldı

Xameneiyə xatırlatma: Şah da etirazları qanla yatırmışdı

Bakı İsraildəki bu layihəyə 270 milyon yatıra bilər

Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış

Azərbaycanlılar aksiyalara buna görə qoşulmur

Pəhləvini iki şəxs arzulayır: Xamenei və Netanyahu

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla