Yuxarı

Türkiyənin "dəstəklədiyi" qrup hücuma keçdi, şiddətli döyüş gedir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin "dəstəklədiyi" qrup hücuma keçdi, şiddətli döyüş gedir

Suriyada dörd illik dondurulmuş münaqişədən sonra cəbhə yenidən alovlandı. İslamçı “Heyət Təhrir əş-Şam” qruplaşması türkiyəyönlü qüvvələrin dəstəyi ilə Hələb şəhərinə doğru irəliləməyə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Tsarqrad” məlumat yayıb.

Mənbələrin məlumatına görə, “Heyət Təhrir əş-Şam”ın hücumu kütləvi xarakter daşıyır:

“Radikallar artıq Suriya ordusuna qarşı döyüşə giriblər. Zirehli maşınlardan istifadə edilib. Dəstə Hələbə gedən yolda artıq bir neçə yaşayış məntəqəsini keçib. İdlibdə və Anadan ətraflarında toqquşmalar qeydə alınıb. Əgər bu alınsa, yaraqlıların şəhərin qərb kənarına yolunu açacaq. Bu, dörd il əvvəl münaqişənin dondurulmasından bəri ən böyük eskalasiyadır. Öz növbəsində Suriya ordusu yanacaqla bağlı ciddi problemlər yaşayır. Bundan əlavə, terrorçular taktiki uğur qazanırlar. Suriya ordusunun müdafiəsi bazaların və dayaq məntəqələrinin sıxlığının az olması səbəbindən dağılır. Cihadçılar əsirlərin foto və videolarını fəal şəkildə yayırlar. Rusiya xüsusi təyinatlılarının texnikası da görünür. Fotolarda ən azı bir nəfərin cəsədi açıq-aydın slavyan görünüşlüdür. Terrorçular isə onun rus olduğunu iddia edirlər”.

“Heyət Təhrir əş-Şam” və “Fəth əl-Mubin” əməliyyat mərkəzinin qrupları Hələbin qərbində Suriya ordusunun mövqelərinə hücum edərək, bəzi mərkəzlərə nəzarəti ələ keçirdikləri iddia edilir. Suriya hökumət qoşunları Atarib şəhəri, Darat İzza və ətraf kəndlərdə qruplaşmaların arxa mövqelərini atəşə tutub.

Rusiya hərbi təyyarələrinin də “Heyət Təhrir əş-Şam” qüvvələrinə qarşı hücum etdiyi bildirilir.

Qeyd edək ki, “Təhrir əş-Şam” qruplaşmasının əməliyyatları "türkiyəyönlü qüvvələrin dəstəyilə" həyata keçirməsi məlumatları yalnız Rusiya mediası tərəfindən tirajlanır.

Tarix
2024.11.28 / 11:15
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Bayramov Tailandın baş naziri ilə görüşdü - Foto

Bakının bəzi ərazilərində qaz olmayacaq

Yoxsulluq və işsizlik 5% səviyyəsinə düşüb - Prezident

İlham Əliyev sessiya iştirakçılarına müraciət etdi

Bakı və İrəvan sülh sazişini Ankarada imzalayacaq?

Ceyhun Bayramov Banqkokda səfərdədir

Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...

Vuçiç İlham Əliyevə zəng etdi

Bakı və İrəvan arasında tezliklə... - Hakan Fidan

İrana hücum Epşteyndən qaçmaq üçün acınacaqlı cəhddir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla