Yuxarı

Spiker: “Qarabağın sülh yolu ilə həllinə imkanlar var”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Malta xarici işlər naziri Corc Vellanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli məclisin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, O. Əsədov Azərbaycanın Malta ilə əlaqələrin inkişafında maraqlı olduğunu, Malta ilə siyasi əlaqələrin yüksək səviyyədə olmasının digər sahələrdə münasibətlərin inkişafı üçün yaxşı şərait yaratdığını bildirib.

Milli Məclis sədri bu günədək ölkələrimiz arasında iki sənəd imzalandığını xatırladıb və münasibətlərin hüquqi bazasını daha da möhkəmləndirməyin günün tələbi olduğunu qeyd edib. O. Əsədov ölkələrimiz arasında iqtisadi əməkdaşlığın dərinləşməsi üçün geniş imkanların olduğunu, Azərbaycanın Maltanın enerji sektoruna investisiya yatırımında iştirak etdiyini nəzərə çatdırıb.

O. Əsədov BMT Təhlükəsizlik Şurasının, AŞPA-nın qərar və qətnamələrinə məhəl qoymayan Ermənistanın işğalçılıq siyasəti yeritməkdə davam etdiyini də bildirib. Onun sözlərinə görə, cəbhəyanı bölgələrdə erməni silahlıları tərəfindən dinc əhali, yaşayış və ictimai binalar atəşə məruz qalır: "Bu ilin aprel ayının əvvəlində cəbhə xəttində baş vermiş hadisələr bir daha sübut etdi ki, Azərbaycan problemi başqa vasitələrlə də həll edə bilər. Ancaq biz hesab edirik ki, münaqişənin ölkələrin ərazi bütövlüyü prinsipi, beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə həlli üçün hələ imkanlar qalmaqdadır. Bunun üçün nüfuzlu beynəlxalq qurumların və ayrı-ayrı dövlətlərin səylərinin artırılmasına ehtiyac var".

Malta xarici işlər naziri C. Vella isə Maltanın bir Avropa ölkəsi kimi Azərbaycanla əlaqələri inkişaf etdirmək niyyətində olduğunu söyləyib. Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinin tərəfdarı olduğunu vurğulayıb, atəşkəs rejiminə əməl olunmasını önəmli hesab edib. O, ATƏT-in Minsk qrupunun bu sahədə gördüyü işlərdən danışaraq, problemin həlli üçün danışıqlar prosesinin davam etdirilməsini çıxış yolu kimi dəyərləndirib.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Maltadakı səfiri Məmməd Əhmədzadə və digər rəsmi şəxslərin iştirak etdiyi görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları və həyatın digər sahələrində əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tarix
2016.04.29 / 20:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla