Yuxarı

Leyla Əliyeva körpələr evində - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində olub.

Heydər Əliyev Fondundan Report-a verilən məlumata görə, Daun sindromlu uşaqlarla görüşən Leyla Əliyeva Mərkəzdə yaradılmış reabilitasiya kurslarının gedişi ilə maraqlanıb.

Xatırladaq ki, 2013-cü ildən fəaliyyət göstərən Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.

Mərkəzdə müxtəlif fənlər üzrə məktəbəqədər hazırlıq kursu, kompyuter, loqoped, valideyn otaqları, idman zalı və üzgüçülük hovuzu, kino və teatr zalları var. Burada həmçinin heykəltəraşlıq, xalçaçılıq, tikiş, rəsm dərnəkləri də fəaliyyət göstərir.

Dərnəklər və əyləncə otaqları, hazırlıq kurslarında olan Leyla Əliyeva Mərkəzin "Dəcəllər" teatrının hazırladığı tamaşaya baxıb.

Qeyd edək ki, Heydər Əliyev Fondu yarandığı gündən sosial və səhiyyə sahəsində müxtəlif layihə və proqramlar həyata keçirir. Bu proqramların əsas məqsədi uşaqlar, o cümlədən dəstəyə ehtiyacı olan hər bir şəxsin cəmiyyətə inteqrasiyasına yardım göstərməyə yönəlib. Heydər Əliyev Fondu, həmçinin valideyn himayəsindən məhrum olan uşaqlara dəstək proqramları həyata keçirir. Bu çərçivədə davamlı və müntəzəm görülən işlər ata-ana qayğısından məhrum uşaqlar üçün ailə mühitinin yaradılmasına, uşaq evləri və internat məktəblərində uşaqların sosial qayğıları və istirahətlərinin təminatına, təhsilin yüksəldilməsinə xidmət edir.

Bu baxımdan Heydər Əliyev Fondunun əməkdaşları mütəmadi olaraq uşaq evləri və internat məktəblərində olur, artıq bir ailə kimi doğmalaşan körpələrlə, yeniyetmələrlə vaxt keçirilir. Növbəti dəfə aprelin 28-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nəsimi rayonunda yerləşən 1 nömrəli körpələr evində olaraq, burada tərbiyə alan körpələrə baş çəkib.

Xatırladaq ki, Nəsimi rayonundakı 1 nömrəli körpələr evi Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilərək, 2015-ci il mayın 10-da yenidən istifadəyə verilib. Binanın tamamilə yenilənməsi, müasir avadanlıqlarla təchizolunması ilə yanaşı, buranın sakinləri olan körpələr Heydər Əliyev Fondunun daimi qayğısı ilə əhatə edilib.

Tarix
2016.04.30 / 13:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

Pənahovun bu sözləri İrəvanı silkələdi: Hücum olacaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla