Yuxarı

"Nə qədər ki, Qarabağda Rusiya bayrağı ucaldılmayıb..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Moskvada keçirilən 1 May mitinqində növbəti dəfə Ermənistan-Azərbaycan münaqişəsinə və Qarabağda aprelin əvvəlindəki dörd günlük müharibə mövzusuna toxunub.

Haqqın.az-ın verdiyi məlumata görə, Jirinovski deyib ki, Qarabağda hərbi əməliyyatlar hələ qurtarmayıb. "O davam edir və bundan sonra da davam edəcək".

RLDP liderinin fikrincə, münaqişənin həllinin yeganə yolu Rusiyanın regionda təmsil olunması və Rusiya bayrağının Qarabağda ucaldılmasıdır: "Nə qədər ki, Qafqaz və Zaqafqaziya üzərində Rusiya bayrağı dalğalanmır, orada heç vaxt sülh olmayacaq".

Rusiyanın Liberal-Demokratik Partiyasının lideri cəbhədə vəziyyət gərginləşən zaman da oxşar bəyanatla çıxış etmişdi.

"Sovet hakimiyyəti qurulan kimi münaqişələr başladı. Əgər Sovet hakimiyyəti çar Rusiyasının ərazi bölgüsünü dəyişdirməyə başlamasaydı, onda Qarabağda münaqişə olmazdı. Bu münaqişəni nə Minsk Qrupu, nə fransızlar, nə də amerikalılar həll edə biləcək. Problemin həllində son qəti qərarı ancaq Rusiya prezidenti verə bilər".

Tarix
2016.05.01 / 14:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla