Yuxarı

Qaziantep terroru necə baş verib? – Şok detallar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Qaziantep vilayətində baş verən teraktın təfərrüatı məlum olub.

Axar.az xəbər verir ki, hadisədən bir müddət öncə rayon polis idarəsinə kəşfiyyat məlumatı göndərilib. Məlumatda 1 ton partlayıcı maddənin bölgəyə gətirildiyi, İŞİD terrorçularının hücuma hazırlaşdığı qeyd olunub.

Lakin məlumatlar nə qədər səhih olsa da, hücumun qarşısını almaq mümkün olmayıb.

Terakt İsmayıl Günəş adlı İŞİD üzvü tərəfindən törədilib. O, Əhməd Günəş adlı terrorçu tərəfindən yaradılan "Əhməd Günəş Qrupu"nun üzvü olub.

Polis idarəsinin adı açıqlanmayan zabiti hadisə ilə bağlı gözlənilməz açıqlama verib. O, terrorçuların idarəyə çox yaxın məsafədə yerləşən binada müalicə aldığını, uzun müddət orada kirayə qaldığını iddia edib:

"Bir gün həmin binaya gedəsi oldum. Binanın lap yaxınlığında polis idarəsi, BMT-nin Qida və Əkinçilik Fondu, başqa önəmli idarələr var. Bu binada iki ildir İŞİD üzvləri müalicə olunur. Növbə tutub onları izləyirdim. Müraciət etmədiyim yer qalmadı. Onlar binanı icarəyə götürmüşdü. Terror aktında istifadə olunan partlayıcı da məhz bu binada hazırlanıb".

Xatırladaq ki, mayın 1-də Qaziantep Polis İdarəsinin binası qarşısında partlayış olub. Hadisə nəticəsində 2 polis şəhid olub, 23 nəfər yaralanıb. Yaralıların 19-u polis əməkdaşıdır.

Tarix
2016.05.04 / 08:00
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla