Yuxarı

Qarabağda böyük müharibə gözlənilir - Proxvatilov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağda böyük müharibənin gözləntiləri artır.

Publika.az xəbər verir ki, bu barədə Realpolitik Akademiyasının rəhbəri, Hərbi Elmlər Akademiyasının eksperti Vladimir Proxvatilov deyib.

Onun sözlərinə görə, münaqişə zonasında atəşkəs rejiminə riayət olunmur: "Tərəflər bir-birini ittiham edirlər. Maraqlıdır ki, Azərbaycan Dağlıq Qarabağdakı vəziyyətlə bağlı "qətiyyətli ölçülər götürüləcək" açıqlamasından bir neçə saat sonra Rusiyanın Sankt-Peterburq və Yekaterinburq şəhərlərindəki konsullarını geri çağırdı. Əldə etdiyim informasiyalara görə, rəsmi Bakı Dağlıq Qarabağ məsələsində Rusiyanın Ermənistana dəstəyini kəsmək üçün fəal iş aparır. Ermənistandan isə hələ də Rusiyanın söz verdiyi 200 milyon dollarlıq silahın gəlmədiyi haqda narahat dolu açıqlamalar verilir. Erməni ekspertlər hesab edirlər ki, Rusiya silahları verməsə, o zaman İrəvan alternativ mənbələrdən silah almağa məcbur olacaq. Ermənistana silahların verilməməsi Kremlin Dağlıq Qarabağla bağlı mövqeyinin dəyişmədiyini göstərir. Azərbaycanla müharibə olacaqsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da Ermənistana dəstək verməyə bilər. Mənim Ermənistandakı mənbələrim bildirirlər ki, Rusiya Ermənistana qarşı cəbhədə yer alarsa, nəticələr gözlənilməz olacaq".

Azərbaycan Ordusunun müasir silahlarla təchiz edilməsindən, Rusiya və İsraildən alınan hərbi texnikalardan danışan ekspert Cənubi Qafqazda qızğın siyasi proseslərin baş verdiyinə diqqət çəkib.

Tarix
2016.05.04 / 20:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla