Yuxarı

Multikulturalizm Mərkəzi AP-də akkreditasiyadan keçdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Avropa Parlamentində akkreditasiyadan keçib.

Axar.az BBMM-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Avropa Parlamentinin "Şəffaflıq qeydiyyatı"ndan keçən BBMM artıq Avropanın siyasi mərkəzi hesab olunan Avropa Parlamentində multikulturalizm, milli azlıq, miqrasiya və tolerantlıq siyasətlərinin formalaşmasında yaxından iştirak edəcək, həmçinin Avropa Parlamenti daxilində parlamentarilərdən ibarət müxtəlif interqruplarla qarşılıqlı əməkdaşlıq edərək Azərbaycanın həyata keçirdiyi multikulturalizm siyasətini ən ali səviyyədə dünya ictimaiyyətinin diqqətinə çatdıracaq.

Qeyd edək ki, BBMM-in 2015-2016-ci illərdə Almaniya, İtaliya, Portuqaliya, İsrail, Rusiya və Moldovada filial və nümayəndəlikləri fəaliyyətə başlayıb. Mərkəz dünyanın 13 məşhur universitetində "Azərbaycan multikulturalizmi" fənninin tədrisinə həm xaricdə, həm də ölkə daxilində nail olub. Digər tərəfdən, Azərbaycan multikulturalizm modeli müxtəlif formatlı tədbirlərlə dünya ictimaiyyətinə təqdim edilir.

Tarix
2016.05.06 / 01:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla