Yuxarı

EASA AZAL təyyarəsinə görə dünyaya müraciət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
EASA AZAL təyyarəsinə görə dünyaya müraciət etdi

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) aviaşirkətləri Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Qroznıda HHM sisteminin hücumuna məruz qalması nəticəsində Aktauda qəzaya uğramasından sonra Moskva, Sankt-Peterburq, Yekaterinburq, Rostov-Don və Samara daxil olmaqla, Rusiyanın beş şəhərinə uçuşları dayandırmağa çağırıb.

Axar.az xəbər verir ki, EASA öz tövsiyəsini Ukraynaya qarşı davam edən müharibə ilə əsaslandırıb. Belə ki, hakimiyyət orqanları ilə hərbçilər arasında zəif koordinasiya, eləcə də yanlış identifikasiyanın Rusiya səmasında mülki təyyarələrə təsadüfi hücum riski yaratdığı vurğulanıb.

“Xüsusilə, Ukrayna raketləri və pilotsuz təyyarələrinin ölkənin dərinliklərinə buraxılmasına cavab olaraq işə salınan Rusiya hava hücumundan müdafiə sistemi təhlükə yaradır”, - məlumatda bildirilib.

Hazırda AB-nin heç bir aviaşirkəti Rusiyaya və ya Rusiya üzərindən uçuşlar həyata keçirmədiyi üçün EASA-nın tövsiyəsi müharibə ilə bağlı risklərə baxmayaraq, bunu davam etdirən üçüncü ölkə daşıyıcılarına ünvanlanıb.

Tövsiyə 31 iyul 2025-ci il tarixinədək qüvvədə qalacaq, lakin təhlükəsizlik vəziyyətindən asılı olaraq daha əvvəl nəzərdən keçirilə və ya geri götürülə bilər.

Artıq yeddi xarici aviaşirkət Rusiyaya uçuşları qismən ləğv etmək barədə qərar qəbul edib. Onların arasında Qazaxıstanın “Qazaq Air”, İsrailin “El Al”, Ərəbistanın “Flydubai”, Serbiyanın “Air Serbia”, Özbəkistanın “Qanot Şərq” və Türkmənistan Hava Yolları var.

Tarix
2025.01.10 / 11:26
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla