Yuxarı

Təyyarəmiz bu sistemlə vurulub - Təcili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstintaqın ilkin nəticələrinə əsasən, müəyyən edilib ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb.

Axar.az xəbər verir ki, bu barədə Caliber.az hökumət mənbələrinə istinadla məlumat yayıb.

“Üstəlik, Rusiya tərəfinin radioelektron mübarizə vasitələrindən istifadə etməsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic vəziyyətinə düşüb. Məhz bu səbəbdən təyyarə Rusiya aviasiya məkanında radarlardan itib və siqnal yalnız Xəzər dənizi akvatoriyasında bərpa edilib”, - məlumatda qeyd olunub.

Nəşr qeyd edib ki, Çeçenistan ərazisi üzərində uçuş zamanı Rusiya hava hücumundan müdafiə qüvvələri Ukrayna İHA-larını vurmağa çalışıb:

“Çeçenistan Respublikasının Təhlükəsizlik Şurasının rəhbəri Həmzət Kadırov dekabrın 25-i səhər Qroznıda pilotsuz təyyarə hücumu faktını təsdiqləyərək, itki və dağıntıların olmadığını qeyd edib. Bu halda Rusiya tərəfi öz hava məkanını mülki təyyarələr üçün bağlamalı idi, lakin bu, baş vermədi. Çeçenistan üzərində niyə uçuşa qadağa zonasının elan edilmədiyi böyük sualdır. Qroznı hava limanı təyyarənin enişinə icazə verməyib. Üstəlik, bizim idarə heyətinə də Mahaçqala və Mineralnıye Vodı hava limanlarına eniş icazəsi verilməyib. Hava hücumundan müdafiə sistemlərinin atəşinə və radioelektron mübarizə sistemlərinin təsirinə məruz qalan təyyarənin yönünü itirmiş ekipajı Qazaxıstanın Aktau şəhərinə yönləndirilib. Bu tövsiyənin bir məqsədlə verildiyini güman etmək olar: təyyarə Xəzər dənizinə düşərək bütün şahidlər öləcək, təyyarə isə batacaq. Bununla belə, qeyd edirik ki, bu bizim fərziyyəmizdir”.

Sayt Rusiya mediasında yayılan alternativ versiyaların ictimai rəyi çaşdırmaq məqsədi ilə məqsədyönlü şayiələr olduğunu yazıb:

“Təyyarənin içindən olan videogörüntülərdə iki sərnişinin qəlpələrdən yaralandığı görünür. Hava gəmisində eşidilən partlayışlarla bağlı ifadələr də daxil olmaqla, bütün ifadələr hava hücumundan müdafiə sisteminin fəaliyyətinə işarə edir. Araşdırmada iştirak edən Azərbaycan tərəfi üçün vəziyyət tamamilə göz qabağındadır. Heç kim bunun qəsdən edildiyini iddia etmir. Bununla belə, Bakı müəyyən edilmiş faktları nəzərə alaraq, Rusiya tərəfinin Azərbaycan təyyarəsinin vurulduğunu etiraf edəcəyini, Azərbaycan xalqından rəsmi üzr istəyəcəyini və hərtərəfli araşdırma aparacağını və bunun nəticəsində bütün məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilib cəzalandırılacağını gözləyir”.

Tarix
2024.12.26 / 16:41
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvandan Zəngəzur dəhlizi ilə bağlı daha bir açıqlama

Erməni dərsliklərindən “Qarabağ mövzusu” çıxarıldı

Bakı “Sputnik Azərbaycan” və BCC ilə bağlı qərar verdi

Putinin "qisası": İlham Rəhimovun bazarı bağlanır?

Azərbaycan beynəlxalq arenada önəmli aktora çevrilir

Əliyevdən Suriya açıqlaması: Buna hazırıq!

Prezident Türkiyənin yeni səfirini qəbul etdi - Foto

Rusiyadan MDB dövlətlərinə sensasion qisas anonsu...

Mütəllibovun Bakatinə məktubu: Görün, nə yazılıbmış!

Qarabağ və Şərqi Zəngəzur bölgələri... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla