Yuxarı

Azər Baxşəliyev orqan nəqlindən niyə imtina edib? - Açıqlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azər Baxşəliyev orqan nəqlindən niyə imtina edib? - Açıqlandı

Aktyor Azər Baxşəliyev donor transplantasiyası əməliyyatından könüllü imtina edib.

Axar.az xəbər verir ki, bu barədə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin direktoru Yeganə Abbasova APA TV-yə müsahibəsində bildirib.

O, Azər Baxşəliyevə 4 il əvvəl böyrək transplantasiyasının icra edildiyini xatırladıb.

“Onun donoru anası idi. 4 ildən sonra təkrar qohum olmayan donorla müraciət edildi. Bütün sənədlər hazırlanmışdı, donordan razılıq alınmışdı, notarial təsdiq edilmişdi və sənədlər tam hazır halda Etika Komissiyasına göndərilmişdi. Azər Baxşəliyev özü əməliyyatdan (orqan nəqlindən) imtina etdi. Səbəb əməliyyatdan sonra donor üçün olan risklər idi. Bununla bağlı ərizə var və orada könüllü imtina halı qeyd edilib”, - Mərkəzin direktoru vurğulayıb.

Xatırladaq ki, böyrək çatışmazlığından əziyyət çəkən aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub. Yanvarın 2-də ürəyi dayanıb, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilib. O, yanvarın 5-də vəfat edib.

Tarix
2025.01.10 / 15:02
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - Foto

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla