Yuxarı

Azər əməliyyatdan özü imtina edib - Həsəniyə cavab

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azər əməliyyatdan özü imtina edib - Həsəniyə cavab

Aktyor Azər Elxan oğlu Baxşəliyev 20.02.2024-cü il tarixində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə böyrək çatışmazlığı ilə əlaqədar qeydiyyata düşüb.

Kult.az xəbər verir ki, bu barədə APA-ya Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən bildirilib.

Qeyd edilib ki, 2024-cü ilin oktyabrın 3-ü qohum olmayan canlı donorla müraciət edib və sənədlərin yığılması üçün məktub göndərilib:

“16.10.2024-cü il tarixdə xəstəxana sənədləri ODTKM-a daxil olub. 31.10.2024-cü il tarixdə Etika Komissiyasına sənədləri göndərilib, lakin Etika Komissiyasından Azər Baxşəliyevin transplantasiya əməliyyatı olunmaqdan könüllü surətdə imtina etdiyi qərarı gəlib”.

Qeyd edək ki, aparıcı-aktyor İlkin Həsəni orqan transplantasiyası ilə bağlı son məqamda Azər Baxşəliyevə imtina cavabı verildiyini bildirib. Onun sözlərinə görə, analizlər götürülüb, sənədləşmə gedib. Sonuncu məqamda Azər Baxşəliyevə imtina cavabı gəlib.

Xatırladaq ki, böyrək çatışmazlığından əziyyət çəkən aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub. O, yanvarın 5-də vəfat edib.

Tarix
2025.01.07 / 11:12
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan İranın ən güclü sütunlarından biri olub

Azərbaycanda işləyəndən sonra Qafana axın edirlər...

Türkmənistanda Birgə Bəyanat imzalandı

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi

Bu ölkələrlə investisiya fondları yaratdıq: yüz milyonlarla dollar...

Türkmənbaşıda sənədlərin imzalanması mərasimi...

Japarov açıqladı: Bu mühüm tədbir Bakıda keçiriləcək

Qardaş Türkmənistanın ölkəmizə verdiyi bu hədiyyə...

Prezident “Avaza” kompleksində - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla