Yuxarı

Pilot təyyarəni Qroznıya icazəsiz endirə bilərdi: Nə baş verib?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pilot təyyarəni Qroznıya icazəsiz endirə bilərdi: Nə baş verib?

Pilotun xəbərdarlıqsız eniş etməyə icazəsi var.

Axar.az xəbər xəbər verir ki, bu sözləri Azərbaycan aviasiyasının əfsanəvi pilotu, “Şöhrət” ordenli Əzimbala Əzimov Globalinfo.az-a açıqlamasında AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin Qroznıya enişə başladığı, lakin hansısa səbəbdən enişə az qalmış yüksəklik yığdığı barədə məlumata münasibət bildirərkən deyib.

O, doğru cavabın “qara qutu” oxunduqdan sonra üzə çıxacağını bildirib:

“Aktau başqa bir ölkənin şəhəridir. Əslində, icazə alınır, razılıq verilir və s. Hər halda bir dispetçer, digər ölkənin dispetçerinə məlumat verməlidir. Lakin pilot görsə ki, təyyarə qəzaya uğramaq üzrədir, xəbərdarlıqsız gedib yaxında olan aeroporta eniş edə bilər. İstənilən boş zolağa oturmaq olar, heç kim də buna görə pilota heç nə deməz. Çünki göyərtədə nə qədər adam olur və sən onların sağ qalmasını istəyirsən. Ona görə də təyyarəni icazəsiz endirmək mümkündür”.

Qeyd edək ki, 25 dekabr 2024-cü ildə Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarə Qroznı səmasında “Pantsir”in hücumuna məruz qalıb və ciddi zədələnib. Rusiya ərazisində enişinə icazə verilmədiyindən Qazaxıstana istiqamət alan təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Nəticədə 38 nəfər ölüb, 29 nəfər sağ qalıb.

Tarix
2025.01.14 / 11:33
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla