Yuxarı

80 minlik dələduzluğa məruz qalan Hökumənin atası danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
80 minlik dələduzluğa məruz qalan Hökumənin atası danışdı

Aidiyyəti dövlət orqanları sağ olsunlar, bank kartımdan pulu oğurlayanları vaxtında müəyyən etdi.

Axar.az xəbər verir ki, bu fikirləri APA-ya Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev deyib.

”Dünən Gəncə şəhərindən evimizə gəlirdim. Kəndə çatanda mənə zəng gəldi. Bildirdilər ki, "Kapital Bank"ın işçiləridir və dedilər ki, kartımın şifrəsini hakerlər görüblər, kartımdan pulumu oğurlamaq istəyirlər. Mənə kömək etmək istədiklərini dedilər. Bunun üçün isə kartda olan pulun başqa karta köçürmək lazım olduğunu qeyd etdilər. Mən də bunlara inanaraq vəsaiti digər karta köçürdüm. Necə elədilərsə, kartımdakı 100 993 manatdan 80 509 manatını mənimsədilər. Bundan sonra tez bir zamanda "Kapital Bank"a yaxınlaşdım, hadisəni olduğu kimi söylədim. Araşdırdılar ki, hakerlər pulu öz hesablarına köçürüblər. Eyni zamanda, DİN-in 102 xidmətinə zəng vurdum. Həmin dəqiqə Samux Rayon Polis İdarəsinin əməkdaşları gəldilər. Baş verən hadisəni araşdırdılar", - Cəlil Əliyev vurğulayıb.

O qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları tez bir zamanda cinayətkarı saxlayıb: "80 509 manatı geri qaytardılar. Dövlətimiz sağ olsun, bir daha hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev bank kartından 80 min manat oğurlandığını bildirib. DİN pul vəsaitini oğurlayan şəxslərin müəyyən edildiyini, zərərin ödənildiyini açıqlayıb.

Tarix
2025.01.18 / 20:42
Müəllif
Axar.az
Digər xəbərlər

Antonio Koştanın Azərbaycana səfəri başa çatdı

Bakı və Ankaranı savaşa çəkmək İran üçün intihardır!

Niyə Müctəba Xamenei rəhbər seçildi? – SEPAH-ın planı

Bu, Bakı ilə Brüsselin maraqlarını əks etdirir - Bəyanat

Elçibəylə Əliyev 7 saat söhbət edib, Əliyev deyib ki...

İlham Əliyev Koşta ilə birgə nahar etdi

Jelka Tsviyanoviç Azərbaycana gəldi

Əliyevlə Koşta mətbuata bəyanatlarla çıxış etdilər

Azər Əliyevə yeni vəzifə verildi

Naxçıvanda Azərbaycan-Türkiyə hərbi təlimi keçirilə bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla