Yuxarı

Hökumənin ailəsindən oğurlanan pul belə geri qaytarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hökumənin ailəsindən oğurlanan pul belə geri qaytarıldı

Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinə məxsus kartdan dələduzların ələ keçirməyə çalışdığı vəsaitlər geri qaytarılıb.

Axar.az xəbər verir ki, bu barədə “Kapital Bank”ın yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi kiberdələduzluq halı ilə üzləşib:

"Bununla bağlı hüquq mühafizə orqanları və Kapital Bank tərəfindən dərhal araşdırma başlanılıb. Bankımız vəsaitin köçürüldüyü hesabı dərhal bloklayıb və oğurlanmış məbləğin ələ keçirilməsinə imkan verilməyib. Görülən tədbirlər nəticəsində məbləğin bərpası mümkün olub və vəsait geri qaytarılıb.

Bir daha müştərilərimizdən diqqətli olmalarını şəxsi məlumatlarını, istifadə etdikləri kart məlumatlarını üçüncü şəxslərə verməməyi, kartın üzərində olan 3 rəqəmli CVV kodunu, SMS vasitəsilə gələn 3D qoruma kodunu, şəxsiyyət vəsiqəsinin FİN kodunu heç kimlə bölüşməməyi, Kapital Bank adına hazırlanan və göndərilən uydurma videolara və reklam mətnlərinə inanmamağı xahiş edirik".

Tarix
2025.01.18 / 16:10
Müəllif
Axar.az
Digər xəbərlər

Sərdar Cəlaloğlu gözünün içinə qədər yalan deyir

Sülh körpüsü: Altı istiqamət üzrə komitələr yaradılacaq

Estoniya XİN rəhbəri Azərbaycana gəlir

Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla