Yuxarı

Azərbaycana rəsmi sorğu göndərəcəm - Valuyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana rəsmi sorğu göndərəcəm - Valuyev

Giriş qadağası ilə bağlı təsdiq almaq üçün Azərbaycan hakimiyyətinə rəsmi sorğu göndərməyi planlaşdırıram.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyev Azərbaycanın onu “arzuolunmaz şəxs" etməsilə bağlı rus mətbuatına açıqlamasında deyib.

Valuyev bu qərarı mübahisələndirməyəcəyini bildirib:

"Təəccübləndim. Baxın, mənim Teleqram kanalımı izləyin, nəticə çıxarın. Əgər bu, belə bir qərar üçün səbəb ola bilərsə, deməli, emosiyalar belədir. Bu məsələ məni ümumiyyətlə narahat etmir. Düşünürəm ki, diplomatiyada emosiyaların rolu olmamalıdır. Əsl səbəblər mənə aydın deyil. Mübahisələndirmək? Bunun nə mənası var? Mən o yerlərə getməyə xüsusi maraq göstərməmişəm, buna görə də mübahisələndirməyə, necə deyərlər, dəyərmi? Bəli, təəccübləndim".

Deputat əlavə edib ki, giriş qadağası ilə bağlı təsdiq almaq üçün Azərbaycan hakimiyyətinə rəsmi sorğu göndərməyi planlaşdırır:

"Fikirləşirəm ki, rəsmi sənəd almaq lazımdır. Biz sorğu yazacağıq. Kiminsə yazdığı bir şeyə görə danışmaq istəmirəm, çünki rəsmi şəkildə mənə heç bir bildiriş gəlməyib. Mənə deyirlər ki, bunu şərh et, amma ortada rəsmi bir reaksiya və ya bildiriş yoxdur ki, mən artıq orada arzuolunmaz şəxsəm".

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyev Azərbaycan dövləti və xalqı əleyhinə təhqiramiz ifadələr işlətmiş, ölkəmizə qarşı təhdid xarakterli fikirlər səsləndirmişdi. Azərbaycan Xarici İşlər Nazirliyi Valuyevi ölkəyə girişi qadağan edilmiş şəxslərin siyahısına daxil edib.

Tarix
2025.02.10 / 17:56
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla