Yuxarı

Nəcməddinin “əməliyyatı”: 1337 əsgərmiz donub ölmüşdü…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nəcməddinin “əməliyyatı”: 1337 əsgərmiz donub ölmüşdü…

1994-cü ildə həyata keçirilmiş Murovdağ əməliyyatı ətrafında polemika davam edir. Döyüşlər zamanı 1300-dən çox əsgərin donaraq şəhid olması ilə bağlı səsləndirilən iddialarla yanaşı, bu sayın daha az, təxminən, 200-400 arası olduğunu deyənlər də var. Diqqətçəkən məqam isə əməliyyata Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi Nəcməddin Sadıqovun rəhbərlik etməsidir. Bildirilir ki, məhz onun hazırladığı uğursuz əməliyyat planına görə döyüşlər faciə ilə nəticələnib.

Axar.az xəbər verir ki, Globalinfo.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov həmin tarixdə başqa istiqamətdə döyüşlərdə iştirak etdiyini bildirib:

“1994-cü ildə Füzuli döyüş briqadasının komandir müavini idim. Amma o istiqamətlə bağlı da məlumatım olub. Bu gün də sağ olan, əməliyyatlarda iştirak edən komandirlər var. Onlar reallığı gözəl bilirlər. Deyirlər ki, əməliyyatlar Nəcməddin Sadıqov tərəfindən hazırlanıb. Bu barədə dəqiq nəsə demək mümkün deyil. Lakin Sadıqov o vaxt Baş Qərargah rəisi idi. Aydın məsələdir ki, planlardan da məlumatı olub”.

Ekspert qeyd edib ki, qaranlıq qalan məqamlar mütləq aydınlaşdırılmalıdır:

“Əlbəttə, böyük faciə idi, əsgərlərimiz donaraq şəhid oldular. Amma suallara Hərbi Prokurorluq, hüquq mühafizə orqanları cavab verməlidir. Üstündən illər keçsə də, müvafiq qurumlar sosial mediada yayılan müzakirələrə reaksiya verməli idilər. Təəssüf ki, bunu görmədik. Bu cür faciələrin tarixi olmur. Yəqin, müəyyən müddətdən sonra bu işlərə yenidən baxılacaq. Nə qədər ki döyüş komandirləri sağdır, bu barədə danışdırmaq lazımdır”.

Qeyd edək ki, Murovdağ əməliyyatı 9 dekabr 1993-cü ildə başlayıb, 1994-cü ilin 13 fevral tarixinə qədər davam edib. Əməliyyatlar dəniz səviyyəsindən 2500-3500 metr yüksəklikdə qeydə alınıb. Sərt iqlim, qalın qar örtüyü, güclü külək və uçqun təhlükəsi səbəbindən bir çox komandirlər bu əməliyyatı dəstəkləməyib.

Tarix
2025.02.18 / 09:37
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla