Yuxarı

1337 əsgərimizin donub öldüyü dəhşətli savaş

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

144 əsgərin şəhid, 111 əsgərin itkin, 1337 əsgərin donub öldüyü dəhşətli döyüş...

Döyüş əməliyyatlarının dəniz səviyyəsindən 3462 metr yüksəklikdə, çox çətin şəraitdə aparıldığı 1994-cü ilin 14 fevral faciəli günü haqda çox adam bilmir – baxmayaraq ki, mediada yazılar gedib, bir neçə veriliş də olub...

Soyuq havada dəli olan, donan, taleyi bəlli olmayan əsgərlərimizin həyatı bir filmə, bir kitaba, bir əsərə sığmaz.

Zivlen-Murovdağ-Bozlu və Alaxançallı-Murovdağ-Elyasalılar istiqamətində yüzlərlə şəhidimizin ruhu indi də dolaşır. Ərzaq yox, dincəlmək üçün imkan yox, yatmaq təhlükəli, dayanmaq olmaz... Bu dəhşətli şəraitdə səssiz-səmirsiz donan əsgərlərin günahsız ruhları bir-bir təəccüblə öz donmuş bədənlərinə baxırlar...

Döyüş gedir və dəstə iliyə işləyən buzlu suyun içində düşmənlə mübarizə aparır. Soyuq su və havanın acımasız gücünə təslim olan bəzi əsgərlər ağıllarını itirirlər. Suyun içində dəlilər kimi ora bura qaçanları isə pusquda duran ermənilər qətlə yetirir. Bəziləri soyuğun təsirindən özlərinə dağlarda sığınacaq axtarır və sonradan onları tapmaq olmur, itkin hesab edilirlər.

Hadisələrin iştirakçısı polkovnik-leytenant İntiqam Mirzəyev:

“Yerdə oturub dayana bilməzdiniz. Oturmaq ölmək demək idi. Əsgərlərə mümkün qədər çox hərəkət etmələri barədə əmr verildi, çünki dayansalar və ya yerdə otursalar, donacaqdılar. Şaxta üzümüzü kəsirdi. Bəzi əsgərlər soyuqdan dəli olmuşdu. Mahnı oxuyan əsgərlərin soyuq çaya necə qaçdıqlarını və soyunub suya necə girdiklərini görürdüm, yerdə oturanlar isə yerindəcə donub qalırdılar...”

“Azərbaycanın Sarıqamış”ı Murovda qar uçqunu da can almaqda idi. Yüzlərə insanın həyatı 14 fevral 1994-cü ildə məhv oldu.

O zaman isə “Sevgililər günü” ilə bağlı əksər insanlar bir-birinə hədiyyə axtarırdı…

Zaur Əliyev, dosent

Tarix
2025.02.14 / 14:25
Müəllif
Kult.az
Digər xəbərlər

Xocalıda talanlar bu tarixədək davam edib - Babayan

Putin Azərbaycanla bağlı ilk dəfə bunu etiraf etdi

Azərbaycanla əlaqələrimiz inkişaf edir - Rusiya

Əliyev əllərini təcili dezinfeksiya etməlidir - Nevzorov

Pekində görüş niyə alınmadı? - Əliyevin Putinlə görüş şərti...

Rusiya nümayəndə heyəti Azərbaycana gəlir

Azərbaycanın 13 vətəndaşımızı azad etməsi... - Zaxarova

Əliyev-Putin görüşü təsadüf idi? Kremlin “qəribə” açıqlaması

Amerikalılar Zəngəzur üçün İrəvana gəlir

Rusiyadan Minsk Qrupunun buraxılmasına - Reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla