Yuxarı

81 yaşlı aktyor ögey oğlu tərəfindən qətlə yetirildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
81 yaşlı aktyor ögey oğlu tərəfindən qətlə yetirildi

"Cumanci" və "Top Qan: Meverik" kimi məşhur filmlərdəki rolları ilə tanınan ABŞ aktyoru Ceyms Hendi Los-Anceles şəhərində qətlə yetirilib.

Kult.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, 81 yaşlı aktyoru 44 yaşlı ögey oğlu Maykl Qledhill öldürüb. O, Hendini sinəsindən yaraladıqdan dərhal sonra polisə zəng vuraraq cinayət törətdiyini etiraf edib.

"Mən bəşər övladıyam, indicə günahkar bir insanı öldürdüm", - deyə Qledhill "911" xidmətinin dispetçerinə bildirib.

Cinayətdə şübhəli bilinən şəxs könüllü olaraq polisə təslim olub və əməlini etiraf edib. Məlum olub ki, o, mərhumun sevgilisi olan anası ilə birlikdə aktyorun evində yaşayırmış. Qətl ittihamı ilə həbs olunan Qledhill üçün məhkəmə tərəfindən 2 milyon dollar məbləğində girov müəyyən edilib.

Ceyms Hendi kino və televiziya sahəsində uzunmüddətli və uğurlu bir karyera qurub. O, "Top Qan: Meverik" ekran əsərindən əlavə, "Raketçi", "Araxnofobiya", "Loqan" və bir çox başqa filmlərdə də çəkilib.

Tarix
2026.06.05 / 12:37
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla