Yuxarı

AK narahatdır: İttifaq Rusiya ilə savaşa ciddi hazırlaşmır!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AK narahatdır: İttifaq Rusiya ilə savaşa ciddi hazırlaşmır!

Avropa Komissiyası (AK) AB-nin "Hazırlıq 2030" hərbiləşdirmə strategiyasında müəyyən edilmiş hədəflərə çatmayacağından narahatdır və hərbi səylərin artırılmasına çağırır.

Axar.az xəbər verir ki, bu barədə "Repоrter" portalının məlumatında deyilir.

"AB görünməmiş maliyyələşdirmə və siyasi öhdəliklərə baxmayaraq, müdafiə məqsədlərinə çatmaqdan uzaqdır. Avropa Komissiyası AB ölkələrindən böhrana və ya ağır vəziyyətə çevik reaksiya vermək, dayanıqlılığı, hazırlığı və hərbi imkanları artırmaq üçün daha çox fəaliyyət tələb etmək niyyətindədir”, - məlumatda qeyd edilib.

Bildirilib ki, bu qiymətləndirmə Avropa Müdafiə Agentliyi tərəfindən əvvəllər dərc edilmiş məxfi hesabatı təsdiqləyib.

Belə ki, bu hesabatda “Avropa Hazırlığı 2030” proqramı çərçivəsində AB-nin hərbi imkanlarının inkişafı üçün doqquz prioritet sahənin hamısında "əhəmiyyətli çətinliklər" qeyd edilmişdi.

Qeyd edək ki, AB 2030-cu ili ittifaqın Rusiya ilə hipotetik qeyri-nüvə münaqişəsinə hazırlaşması üçün son tarix kimi müəyyən edib.

Tarix
2026.11.04 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Maka Boçorişvili Azərbaycanda səfərdədir

ABŞ-da Azərbaycan bayraqları endirilib? – Rəsmi

Rusiyada maaşlar da kəsilir: müharibə ölkəni bitirir

Azərbaycan daha bir konvensiyaya qoşulur

Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı - Video

Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı...

Eyni gündə iki tarixi olay: TRİPP və...

İrəvanda yeni Konstitusiya layihəsinin əleyhdarları...

İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi

İndoneziya prezidenti Azərbaycana səfər edə bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla