Yuxarı

Benzin satışına limit qoyuldu: Hər maşına 20 litr...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Benzin satışına limit qoyuldu: Hər maşına 20 litr...

Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən ən böyük yanacaqdoldurma məntəqələri (YDM) şəbəkələri yanacaq satışına məhdudiyyətlər tətbiq etməyə başlayıb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Aİ-92 və Aİ-95 markalı benzinlər üçün 20 litrə qədər, dizel yanacağı üçün isə 40 litrə qədər limitlər qüvvədədir.

Bildirilir ki, iyunun 12-də tətbiq edilən bu məhdudiyyətlər qısa müddətdə şirkətin Sankt-Peterburqdakı yanacaqdoldurma məntəqələrinə də şamil olunub.

Hazırda Moskvadakı "Rosneft" YDM-lərində bir avtomobil və ya bidon üçün ümumilikdə maksimum 90 litr yanacaq limiti müəyyən edilib, "Lukoyl" stansiyalarında isə bir qəbz üzrə satış 100 litrlə məhdudlaşdırılıb.

Bundan əvvəl, iyunun 2-də Moskva vilayəti və Yeni Moskva ərazisində fəaliyyət göstərən ORTK şəbəkəsi də yanacaq satışına məhdudiyyətlər tətbiq edib. Şirkətlər vahid bir qadağanın olmadığını bildirsələr də, vəziyyətdən asılı olaraq ayrı-ayrı məntəqələrdə belə məhdudiyyətlərin tətbiq edilə biləcəyini etiraf ediblər.

Rusiya mediası onu da qeyd edir ki, mayın sonunda müstəqil YDM şəbəkələri yanacaq ehtiyatlarının doldurulmasında ciddi problemlərlə qarşılaşdıqlarını bəyan ediblər. Bu fonda ölkədəki bir sıra neft emalı zavodlarında istehsalın azaldığı barədə məlumatlar yayılıb.

Bundan əlavə, Rusiyanın bir çox regionlarının, o cümlədən Belqorod və Ryazan vilayətlərinin, həmçinin Krasnodar diyarının sakinləri artıq bir müddətdir ki, benzin və dizel tədarükündə fasilələrin yarandığını bildirirlər.

Tarix
2026.06.13 / 22:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların da olduğu vurulan gəmidən görüntülər - Video

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağı ilə işıqlandırıldı

Azərbaycanlıların olduğu gəmi vuruldu, kapitan axtarılır

Pelleqrini Füzulidən təyyarə ilə Bakıya yola düşdü

İnsan haqları - təzyiq aləti kimi və Bakının cəsarətli mövqeyi

Qalmaqallı videoçarx silindi

Azərbaycan bunun formalaşmasına töhfə verir

Taleh Yüzbəyovun “dondurma və qadın” reklamı...

Blogerlər niyə Şuşa Forumuna dəvət olundu?

Qordon İlham Əliyevlə fotosunu paylaşdı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla