Yuxarı

Atama onu edən həkim özü də eyni xəstəlikdən öldü

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Atama onu edən həkim özü də eyni xəstəlikdən öldü

Tələbəlik illərində çox çətin günlər yaşamışam. Novruz çəkilişlərinə gedirdim. Hələ 7-ci sinifdə oxuyanda teatrda çalışırdım. Universitetdə oxuyarkən kirayədə qalırdım. Qrup yoldaşlarımın hamısının evi var idi, bir mən kirayədə yaşayırdım. Elə gün olub ki, metro ilə getməyə pulum olmayıb.

Kult.az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri aktyor İlkin Misgərli "Zarafat bir yana" proqramında deyib.

Aktyor tələbəlik illərində yaşadığı maddi çətinliklərdən danışıb:

"Universiteti bitirdikdən sonra yenidən teatra qayıtdım. Gördüm ki, alınmır, dolanışıq çətindir. Sonra kloun kimi çalışdım, az da olsa, pul qazandım. Çox ağır işdir. Eləsi var bilir ki, bu da insandır, eləsi də var oynadığın yerdə diş çöpü batırır, bir həftə gəzə bilmirsən. Daha sonra layihələr gəldi, şükür bu günümə. Bura çatana qədər çox əziyyət çəkmişəm".

İlkin estetik əməliyyatından da söz açıb. O, saç əkdirdiyini və prosesin asan keçmədiyini deyib:

"Saç əkdirdim, 8 saat əməliyyatda qaldım. Amma indi deyirlər ki, yaraşmır, bu nədir. Üçüncü dəfə də əməliyyat etdirəcəyəm, ondan sonra bu proses bitəcək".

İlkin bir müddət əvvəl yayılan ölüm xəbərindən danışarkən "Bir hala düşdüm ki. Altına bir musiqi qoymuşdular ki, kövrəldim. Hamı da mənə yazır. Get başqasına yaz da" sözlərini əlavə edib.

İlkin məşhur "Qılman həkim" obrazından, atasını müalicə edən həkimdən danışıb:

"Atam onkoloji xəstə idi. Onun istifadə etdiyi ağrıkəsici dərman yalnız bir həkimdə olurdu. Tez-tez ona zəng edirdim. Bir gün telefonu açıb dedi: "Nə olub, bezdirdin məni, yeyib-içməkdəyəm". Mən də cavab verdim ki, atamın vəziyyəti ağırdır, dərman yalnız səndə var, onu haradan tapaq? O isə "Sonra gələrəm" dedi. Həmin hadisədən sonra "Qılman Həkim" obrazını yaratdım. Anam mənə dedi ki, həkimin adını birbaşa çəkmə, amma bu yolla qisasını al. Mən də həmin obrazı acığa yaratdım. Maraqlıdır ki, sonradan o həkim də eyni xəstəlikdən dünyasını dəyişdi".

Tarix
2026.07.24 / 22:03
Müəllif
Kult.az
Digər xəbərlər

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla