Yuxarı

Əsrin boşanması: keçmiş arvadına 640 milyon verəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsrin boşanması: keçmiş arvadına 640 milyon verəcək

Cənubi Koreyanın “SK Group” şirkətlər qrupunun sədri Çe Te Vonla keçmiş həyat yoldaşı Roh Soh-yeonq arasında illərlə davam edən və ölkədə “əsrin boşanması” adlandırılan məhkəmə prosesi yekunlaşıb.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, məhkəmənin qərarına əsasən, milyarder keçmiş həyat yoldaşına əmlak bölgüsü çərçivəsində 944 milyard von (təxminən 1 milyard 88 milyon manat) ödəməlidir.

Bu məbləğ 2025-ci ildə apellyasiya məhkəməsinin müəyyən etdiyi təxminən 940 milyon dollarlıq kompensasiyadan azdır.

Bundan əlavə, biznesmen daha əvvəl aliment kimi 2 milyard von (təxminən 1,3 milyon dollar) ödəməyə də məcbur edilmişdi.

Qeyd edək ki, cütlük 1988-ci ildə ailə qurmuşdu və onların üç övladı var. Nikah 2015-ci ildə Çe Te Vonun məşuqəsinin olduğunu və həmin qadından övladının dünyaya gəldiyini etiraf etməsindən sonra faktiki olaraq dağılıb. Roh Soh-yeonq boşanma zamanı milyarderin sərvətinin yarısını – təxminən 1 milyard dolları tələb etsə də, məhkəmə biznesmenin şirkətdəki səhmlərini kompensasiyaya daxil etməyib.

Tarix
2026.07.24 / 18:09
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla