Yuxarı

Flora Kərimova təmtəraqlı yubiley təklifindən imtina etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Flora Kərimova təmtəraqlı yubiley təklifindən imtina etdi

Xalq artisti Flora Kərimovanın 85 yaşı tamam olub. Sənətkarın yubileyi paytaxt restoranlarının birində yaxınlarının əhatəsində keçirilib.

Kult.az xəbər verir ki, müğənni Rövşən Civişov Qaynarinfo-ya açıqlamasında yubiley məclisinin restoran sahibi tərəfindən Flora Kərimovaya hədiyyə edildikyini bildirib.

"Əslində restoran sahibi Flora Kərimovanın böyük pərəstişkarıdır. O, Flora xanımın yubileyinin daha təmtəraqlı keçirilməsini istəyirdi. Lakin Flora xanım səhhəti buna imkan vermədiyindən təklifi qəbul etmədi", o deyib.

Rövşən Civişovun sözlərinə görə, məclisdə sənət dünyasından yalnız müğənni Rəqsanə İsmayılova iştirak edib:

"Rəqsanə xanım Flora Kərimovanı şəxsən təbrik etməyə gəlmişdi. Sağ olsun, Flora xanımın sənətinə olan böyük sevgisindən irəli gələrək bu özəl gündə onu tək qoymadı. Ümumilikdə isə mərasimdə yalnız ailə üzvləri yer alıb".

Rövşən Civişov bildirib ki, Flora Kərimovaya dövlət tərəfindən diqqət var:

"Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi nəzarətindədir, hər zaman onun müalicəsinə dəstək olurlar. Bundan əlavə Mədəniyyət Nazirliyinin də Flora Kərimovaya böyük dəstəyi olub, həmişə onunla maraqlanırlar”.

Tarix
2026.07.24 / 16:25
Müəllif
Axar.az
Digər xəbərlər

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

Azərbaycanla sıx əlaqələrimiz var - Kobaxidze

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla