Yuxarı

DİM bu imtahaların nəticələrini elan etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİM bu imtahaların nəticələrini elan etdi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2026-cı il 25 iyun tarixində doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanları, iyunun 16-da isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirilib.

Axar.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, həmçinin 17-19 iyun tarixlərində namizəd və iddiaçıların danışıq bacarıqlarının yoxlanılması həyata keçirilib.

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanının iştirakçıları nəticələr ilə buradan, xarici dil üzrə fəlsəfə doktoru imtahanının iştirakçıları isə buradan tanış ola bilərlər.

İmtahanlarda 2243 namizəd və iddiaçı (1864 nəfər doktoranturaya qəbul, 378 nəfər fəlsəfə doktoru, 1 nəfər isə Azərbaycan dili imtahanında) iştirak edib. 73 nəfər imtahana gəlməyib.

Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrinə əsasən, 1174 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb.

109 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

1 əcnəbi iddiaçı Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

Xarici dil üzrə qəbul imtahanında (habelə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında) bloklar üzrə müvafiq bal məhdudiyəti (2 bal) nəzərə alınmaqla 25 və daha yuxarı bal toplamış namizədlər imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab olunurlar. Qəbul imtahanında 30 və daha çox bal toplayan namizədlər dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.

Xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul almaq üçün tələb olunan minimal bal isə 30-dur (bloklar üzrə 2 bal məhdudiyəti nəzərə alınmaqla).

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 27 iyuldan etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.

Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 25 iyul saat 10:00‑dan 26 iyul saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Xarici dil üzrə fəlsəfə doktoru (minimum) imtahanının nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 25 iyul saat 10:00‑dan 26 iyul saat 17:00-dək [email protected] ünvanına məzmunla bağlı yazılı müraciətlərini göndərə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyən namizədlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Tarix
2026.07.24 / 17:09
Müəllif
Axar.az
Digər xəbərlər

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla