Yuxarı

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib.

Kult.az xəbər verir ki, açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, nazirliyin digər rəsmiləri, Prezidentin Şuşa rayonundakı xüsusi nünmayəndəsi Aydın Kərimov, Yazıçılar Birliyinin nümayəndələri, eləcə də türk dünyasından yazıçı və şairlər iştirak ediblər.

Çıxış edən TÜRKSOY-un baş katibi Sultan Raev Vaqif Poeziya Günlərini mədəniyyət və ədəbiyyat adına ən işıqlı tədbirlərdən biri adlandırıb.

Baş katib builki poeziya günlərinin zəngin proqramına diqqət çəkərək deyib ki, bu həm də türk dövlətləri arasında mədəni əlaqələrin inkişafına xidmət edir.

Xalq şairi Vahid Əziz isə poeziya günlərinin davamlı yüksək təşkilatçılığını xüsusi vurğulayıb. O, Vaqif Poeziya Günlərinin ənənə halını almasını mədəni təbliğat, diqqət və qayğı kimi qiymətləndirib.

Ardınca "Sözün sabahı: Türk dünyanın gənc şairlər festivalı"nın mükafatlandırma mərasimi olub. Qaliblər orden və diplomlarla təltif ediliblər.

Tədbir bədii kompozisiya ilə davam etdirilib.

Tarix
2026.07.17 / 19:20
Müəllif
Kult.az
Digər xəbərlər

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla