Yuxarı

Prezidentə təbriklər davam edir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentə təbriklər davam edir

16:11

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Axar.az məktubun mətnini təqdim edir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan Respublikasının Hökumətinə və xalqına daha da sürətli inkişaf və rifah arzulayıram.

İki dost ölkəni və xalqı birləşdirən, bütün sahələrdə möhkəmlənməsinə və inkişafına çalışdığımız qardaşlıq münasibətlərinin müstəsna əhəmiyyətə malik olduğunu xüsusi vurğulayıram.

Zati-alinizə salamlarımı və ehtiramımı bildirirəm".

***

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının Hökumətinə və xalqına daha çox tərəqqi və firavanlıq arzulayıram.

Zati-alinizə dərin hörmət və ehtiramımı bildirirəm”.

***

İSESKO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Zati-aliləri.

8 Noyabr – Zəfər Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi, daimi sülh, rifah və firavanlıq arzularımı çatdırmaqdan şərəf duyuram.

Bu mühüm bayram Azərbaycan xalqının əzmkarlığını, birliyini və qətiyyətini əks etdirməklə yanaşı, sülhün dəyərini, həmçinin insanların sabitlik, təhlükəsizlik və firavan gələcəyə olan arzularını təcəssüm etdirir. Qoy, bu günün ruhu Azərbaycan və onun xalqı üçün yeni nailiyyətlərə ilham verməkdə davam etsin.

Mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanı təşviq edən və körpülər quran mötəbər beynəlxalq platforma olan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməkdən böyük məmnunluq duydum. Bakıda Zati-aliniz tərəfindən qəbul olunmaq xüsusi şərəf idi. Bu görüş bizə ortaq prioritetlərimiz və İSESKO ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi barədə dəyərli fikir mübadiləsi aparmaq imkanı yaratdı.

İSESKO ilə Azərbaycan Respublikası arasındakı səmimi və konstruktiv münasibətlər yüksək qiymətləndirilir. Bu, təhsil imkanlarının təşviqi, mədəni irsin qorunması, həmçinin xalqlar və sivilizasiyalar arasında dialoqun inkişafı sahəsindəki davamlı əməkdaşlığımızda öz əksini tapır. Əminəm ki, bu tərəfdaşlıq dərinləşərək təsir dairəsini genişləndirəcək, üzv dövlətlərimizə xidmət edən və daha dinc, harmoniyalı bir dünyaya töhfə verən birgə təşəbbüslər üçün yeni yollar açacaqdır.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edir, dost Azərbaycan xalqına bir daha davamlı sülh, rifah və firavanlıq arzulayıram".

Tarix
2026.11.04 / 18:44
Müəllif
Axar.az
Digər xəbərlər

Burada Azərbaycanın mövqeyi nəzərə alınmalıdır - Bayramov

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

Peskov: Avropalılar israr edir ki...

Prezident Maka Boçorişvilini qəbul etdi - Foto

Rusiyanın Ukrayna dronlarını vurduğu raketlərin qiyməti...

Azərbaycan və Monteneqro baş nazirləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla