Yuxarı

Futbol oyununda kütləvi dava: 51 qırmızı vərəqə - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Futbol oyununda kütləvi dava: 51 qırmızı vərəqə - Video

Braziliyada keçirilən futbol matçı böyük dava ilə başa çatıb və hakim rekord sayda – 51 qırmızı vərəqə göstərib.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, sözügedən matçda Mines Kerays ştatının ikinci divizionunda “Uberlandi” ilə “Mamore” qarşılaşıb.

54-cü dəqiqədə hakim Fernando Patrik topdan kənar insident zamanı rəqib oyunçunun qarnına yumruq vurduğuna görə “Uberlandi”inin oyunçusu Luique Bispo dos Santosu meydandan qovub.

Bundan sonra rəhbərlikdən bir neçə nəfər və məşqçi hakimə hücum edərək onu fiziki zorakılıqla hədələyiblər. Matç dayandırılıb.

Matç sonradan davam edib, lakin qısa müddətə: iki dəqiqə sonra “Mamore” daha bir qol vuraraq hesabı 3-1 edib.

Qol vuran Davi Fernandes “Uberlandi” komandasına qarşı təxribatçı ifadələr səsləndirərək rəqib komandanın ehtiyat oyunçular skamyasına tərəf qaçıb. Bu zaman kütləvi dava baş verib və oyunun demək olar ki, bütün iştirakçıları davaya qoşulub. Oyun erkən dayandırılıb və davanı yatırmaq üçün hərbi polis qrupu çağırılıb.

40 dəqiqə davam edən dava zamanı stadiona və yeraltı əraziyə ciddi ziyan dəyib. Hakim davada iştirak edənlərə rekord sayda – 51 qırmızı kart göstərib: 43-ü oyunçulara, 8-i isə məşqçilərə və işçi heyətinə. Hər iki komandaya texniki məğlubiyyət verilib.

Tarix
2026.11.04 / 23:46
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla