Yuxarı

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün imzaladığı sərəncamla Kamran İmanovu “Şərəf” ordeni ilə təltif edib.

Axar.az xəbər verir ki, Kamran Sultan oğlu İmanov 5 noyabr 1946-cı ildə Bakı şəhərində anadan olub. 1969-cu ildə Azərbaycan Neft-Kimya İnstitutunda ali təhsilini tamamladıqdan sonra həmin institutda 1977-ci ilədək baş laborant, aspirant, sektor rəhbəri, baş elmi işçi, baş müəllim, elmi laboratoriya müdiri və 1977–1983-cü illərdə Təhsil Nazirliyinin Elmi-Tədqiqat Hesablama Mərkəzinin direktoru vəzifələrində işləyib.

1983–1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun prorektoru, birinci prorektoru, 1978–1981-ci illərdə Gənclər problemlərinin tədqiqi və modelləşdirmə üzrə mərkəzin rəhbəri, Azərbaycan Gənc alimlər şurasının sədri, 1981–1983-cü illərdə Azərbaycan KP MK-nın İctimai rəyin öyrənilməsi və sosioloji tədqiqatlar mərkəzinin, 1980–1985-ci illərdə isə Azərbaycan Rektorlar şurasının elmi katibi vəzifələrində çalışıb. Həmin illərdə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanı, "Təhsil əlaçısı" medalı ilə təltif olunub, SSRİ Dövlət Təhsil Komitəsinin "Ən yaxşı elmi tədqiqatlara görə" müsabiqəsinin laureatı olub.

1983-cü ildən başlayaraq müxtəlif vaxtlarda ölkəmizin və Türkiyənin ali təhsil müəssisələrində dərs deyib.

1992–1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin 1-ci müavini, test-imtahan sistemi layihəsinin elmi rəhbəri, 1993–1995-ci illərdə isə Komissiyanın sədri olub.

1995–2006-cı illərdə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri olub, 1998-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Akademiyasının "Əqli mülkiyyət hüququ" üzrə ixtisasını bitirərək diplom alıb.

2006–2008-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 55 nömrəli Sərəncamı ilə yenidən Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsinə təyin edilib. 2018-ci il 7 may tarixindən Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədridir.

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (7 may 2013), "Şöhrət" ordeni (7 noyabr 2016), 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni (4 noyabr 2021), "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı (27 may 2019), "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı (6 dekabr 2019) ilə təltif edilib.

Həmçinin "Uluslarararası Altın Ulduz", "Türksoy" medalı, "Atatürk Uluslararası ödülü"nü alıb.

Tarix
2026.11.04 / 20:42
Müəllif
Axar.az
Digər xəbərlər

Bu tibb müəssisəsinə yeni baş həkim təyin edildi

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

İlham Əliyev sərgidən video paylaşdı

İran Xəzər adından niyə hürkür? - Tarixçi

Erməni rəqqas Bakıdan yazdı: Bədbəxt insanlar…

Tramp uduzdu: Ukrayna və İran siyasəti dəyişəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla