Yuxarı

Ruhi xəstəni ələ salan şəxslər cəzalandırıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ruhi xəstəni ələ salan şəxslər cəzalandırıldı - Video

Sosial şəbəkələrdə Maştağada yerləşən 1 saylı Psixiatriya Xəstəxanasından görüntülər paylaşılıb.

Axar.az xəbər verir ki, paylaşılan kadrlarda xəstələrin həssas vəziyyətinin əks olunması diqqət çəkib.

Belə ki, Psixiatriya xəstəxanasında müalicə alan şəxslərin görüntülərinin çəkilərək "əyləncə" və ya gülüş mənbəyi kimi təqdim olunması narazılıqara səbəb olub. Qapalı müəssisədə bu kadrların kim tərəfindən və hansı şəraitdə lentə alınması, eləcə də sosial şəbəkələrdə paylaşılması birmənalı qarşılanmayıb.

Qeyd edək ki, psixiatriya müəssisəsində müalicə alan şəxslərin şəxsi həyatına və ləyaqətinə hörmətlə yanaşılması, onların görüntülərinin icazəsiz yayılmaması vacibdir. İnsanların xəstəliyini, zəifliyini və çarəsizliyini kameraya alıb ictimaiyyətə təqdim etmək, üstəlik buna rəy yazaraq gülmək nə insanlığa, nə də vicdana sığır.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər əvvəlki tarixə aiddir:

“Qeyd olunan məsələ ilə bağlı həmin dövrdə müvafiq araşdırma aparılmış, görüntülərdə əks olunan qanun pozuntularına yol verən və çəkilişi həyata keçirən şəxslərlə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülmüşdür”.

Tarix
2026.11.04 / 19:22
Müəllif
Axar.az
Digər xəbərlər

Nəsimi Musayev Ermənistanda dindirildi

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” adlı tədbir keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

İlham Əliyev sərgidən video paylaşdı

İran Xəzər adından niyə hürkür? - Tarixçi

Erməni rəqqas Bakıdan yazdı: Bədbəxt insanlar…

Tramp uduzdu: Ukrayna və İran siyasəti dəyişəcək?

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Pakistan prezidenti İlham Əliyevə məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla