Yuxarı

Bakıda dələduzluq edən 66 yaşlı "jurnalist" həbs olundu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda dələduzluq edən 66 yaşlı "jurnalist" həbs olundu

Bakıda oğlu həbsdə olan qadına qarşı dələduzluq edilib.

Axar.az Lent.az-a istinadla xəbər verir ki, 66 yaşlı Firudin Əmirov (şərti soyadla) oğlunu həbsdən qurtarmaq istəyən qadına özünü geniş əlaqələri olan şəxs kimi təqdim edib. O, həmçinin özünün qəzetdə jurnalist kimi çalışdığını deyib. Edəcəyi “xidmət” qarşılığında isə qadından 5000 manat pul alıb.

Məlumata görə, zərərçəkənin oğlu 2024-cü ildə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və Bakı İstintaq Təcridxanasında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.4 (külli miqdarda oğurluq), 193-1.3.1 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilən pulların leqallaşdırılması) və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilən pulların leqallaşdırılması xeyli miqdarda törədilməsi) maddələri ilə cinayət işi açılıb.

Lakin Firudin Əmirov zərərçəkən qadına verdiyi sözü tutmayıb. Buna görə də, o, şikayət əsasında hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq, barəsində cinayət işi açılıb.

Qeyd olunub ki, zərərçəkən qadın Firudini qızının kişi dostu vasitəsilə tanıyıb. Zərərçəkən ifadəsində Firudinin onu aldatdığını, verdiyi 5000 manat pulu qaytarmadığını və ondan şikayətçi olduğunu deyərək, barəsində ağır cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə F.Əmirov barəsində 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Tarix
2026.11.04 / 18:55
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” adlı tədbir keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

İlham Əliyev sərgidən video paylaşdı

İran Xəzər adından niyə hürkür? - Tarixçi

Erməni rəqqas Bakıdan yazdı: Bədbəxt insanlar…

Tramp uduzdu: Ukrayna və İran siyasəti dəyişəcək?

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Pakistan prezidenti İlham Əliyevə məktub göndərdi

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla