Yuxarı

Nazir Şahin Abbasova yüksək vəzifə verdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir Şahin Abbasova yüksək vəzifə verdi - Foto

Şahin Abbasov Rəqəmsal İnkişaf və Nazirliyin tabeliyindəki Dövlət Mülki Aviasiya Agentliyinin İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

Axar.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev əmr imzalayıb.

Qeyd edək ki, Şahin Abbasov 1991-ci ildə anadan olub. 2010-2013-cü illərdə Böyük Britaniyanın SOAS, London Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2014-2015-ci illərdə Böyük Britaniyanın Kembric Universitetində Beynəlxalq hüquq üzrə magistr təhsili alıb.

2014-2016-cı illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında çalışıb.

2016-2018-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsində çalışıb.

2018-2025-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində müxtəlif vəzifələrdə çalışıb.

2025-ci ildən hazırkı vəzifəsinə təyin olunanadək Dövlət Mülki Aviasiya Agentliyinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 iyun tarixli “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Tarix
2026.11.04 / 17:08
Müəllif
Axar.az
Digər xəbərlər

Erməni rəqqas Bakıdan yazdı: Bədbəxt insanlar…

Tramp uduzdu: Ukrayna və İran siyasəti dəyişəcək?

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Prezidentə təbriklər davam edir

Pakistan prezidenti İlham Əliyevə məktub göndərdi

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla