Yuxarı

Ova gedən restoran sahibinin meyiti tapıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ova gedən restoran sahibinin meyiti tapıldı

Lənkəranda iki gün əvvəl ov etmək məqsədilə evdən çıxan 64 yaşlı kişinin meyiti aşkarlanıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Ürgə kəndi ərazisində qeydə alınıb.

1962-ci il təvəllüdlü Ramiz Bəxtiyar oğlu Əliyev ov etmək məqsədilə iki gün əvvəl qamışlıq əraziyə gedib və geri qayıtmayıb. Yaxınlarının müraciətindən sonra onun axtarışlarına başlanılıb. Aparılan axtarış tədbirləri nəticəsində R.Əliyevin meyiti həmin ərazidə aşkar edilib.

Meyitə ilkin baxış zamanı onun baş nahiyəsində xəsarət izləri müəyyən olunub. Xəsarətin yıxılma nəticəsində, yoxsa kənar müdaxilə ilə yetirildiyi hələlik məlum deyil.

Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Qeyd edək ki, Ramiz Əliyev Lənkəranda iş adamı kimi tanınıb, restoran sahibi olub.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Tarix
2026.11.04 / 21:13
Müəllif
Axar.az
Digər xəbərlər

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

İlham Əliyev sərgidən video paylaşdı

İran Xəzər adından niyə hürkür? - Tarixçi

Erməni rəqqas Bakıdan yazdı: Bədbəxt insanlar…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla