Yuxarı

DOST xidmətləri artıq İmişlidə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DOST xidmətləri artıq İmişlidə

DOST xidmətləri şəbəkəsinin regionlarda genişləndirilməsi tədbirlərinin davamı olaraq, İmişli rayonunda yeni DOST filialı fəaliyyətə başlayıb.

Axar.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev burada yaradılmış şəraitlə tanış olub, vətəndaşlara göstərilən xidmətlərin təşkili və iş prosesi ilə maraqlanıblar.

Bildirilib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatların mühüm istiqamətlərindən biri vətəndaşlara göstərilən sosial xidmətlərin müasir standartlar əsasında təşkili və onların əlçatanlığının artırılmasıdır. Bu baxımdan, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST modeli vətəndaşyönümlü yanaşması, şəffaf fəaliyyəti və innovativ idarəetmə prinsipləri ilə seçilir, beynəlxalq səviyyədə də uğurlu təcrübə kimi tanınır.

DOST konsepsiyasının dövlət sosial xidmətlərini "bir pəncərə" prinsipi əsasında müasir, operativ və şəffaf formada təqdim etdiyi, bu model üzrə göstərilən xidmətlərdən vətəndaş məmnunluğunun 98,9 faiz olduğu qeyd edilib.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov məlumat verib ki, 9 əməkdaşla fəaliyyət göstərəcək filialda gün ərzində orta hesabla 100-ə yaxın vətəndaşa xidmət göstərilməsi planlaşdırılır.

İmişli şəhəri, A. Şadlınski küçəsi 8A ünvanında yerləşən filialın 2 mərtəbəli inzibati binası müasir memarlıq həlləri əsasında layihələndirilib. Binanın ümumi sahəsi 698,1 kvadratmetrdir.

A.Əliyev filialda xidmətlərin keyfiyyətlə göstərilməsinin, müraciətlərə operativ baxılmasının, vətəndaş məmnunluğunun daim yüksək səviyyədə saxlanılmasının vacibliyini vurğulayaraq müvafiq tapşırıq və tövsiyələrini çatdırıb.

İmişli filialının da istifadəyə verilməsi ilə hazırda ölkə üzrə 7 DOST Mərkəzi, 4 DOST filialı və 3 DOST məntəqəsi vətəndaşlara xidmət göstərir.

Tarix
2026.07.24 / 16:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla